Filialın Kredit Meneceri (BİZNES)

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 11.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Filialın Kredit Meneceri  (BİZNES) 
Bakı, Sumqayıt, Quba, Qusar, Lənkəran, Masallı, Ağsu və Ağcabədi

Vəzifə üzrə əsas fəaliyyət:
 
• Potensial müştərilərin banka cəlb olunması
• Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
• Kredit portfelinin idarə olunması və yüksək keyfiyyətinin təmin edilməsi
• Müştərilərə göstərilən  xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi
• Xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması, satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
• Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (lazım olduqda müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi)
• Tabeçiliyində olan Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinin və onların hazırladığı kredit memorandumlarının yoxlanılması
• Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
• Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün  lazımı tədbirlərin həyata keçirilməsi
Namizədə olan tələblər:
• Ali təhsilin olması (Maliyyə və iqtisad sahələrə üstünlük verilir)
• Ən azı 3 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (Beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir)
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
• Komandanın idarə edilməsində təcrübənin olması
• Liderlik keyfiyyətlərinə malik olması
• Yüksək təhlil etmə bacarıqları
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları
• Təlim keçmə sahəsində  təcrübənin olması
• Satışın psixologiyası və prinsiplərini əla bilməsi
• Fərdi və komanda şəklində işləmək
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması

İş şəraiti və inkişaf imkanları:

• Yüksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq) və bonus almaq imkanı
• Bilik və bacarıqları daimaartırmaq üçün yerli və xarici ekspertlərin təlimlərində iştirak imkanları
• Şəxsi göstəricilər nəticəsində karyera artım imkanları və s.
 
 
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  [email protected]
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi