Regional Kredit supervayzeri

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 11.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Regional  Kredit supervayzeri

Əsas vəzifələr:

• Kurasiyasında olan bölgələrdə maliyyə bazarının araşdırılması, məhsulların və satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
• Kurasiyasında olan filiallar tərəfindən kreditləşdirilən iri layihələrin təhlilində birbaşa iştirak edilməsi
• Kurasiyasında olan filialların Biznes kreditləri üzrə müəyyən edilmiş büdcə hədəflərinə çatması üçün lazım olan dəstək və məsləhətlərin verilməsi
• Kurasiyasında olan filialların biznes kredit portfelinin keyfiyyətinə daimi nəzarət edilməsi
• Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (müəyyən hallarda)
• Ehtiyac olduqda, müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi
• Kurasiyasında olan filialların kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərin aşılanması məqsədilə  müvafiq təlim proqramlarının təşkili və həyata keçirilməsi
• Keçirilən təlimlərin işçilərin gündəlik işi ilə əlaqələndirilməsinə nəzarət etmək;
• Filiallar tərəfindən təqdim olunmuş  hesabatların təhlili və həmin hesabatların nəticəsinə əsasən müvafiq planların hazırlanması    
• Filialların kredit komitələrində iştirak edilməsi

Namizədə olan tələblər:

• Ali təhsilin olması (Maliyyə və iqtisadi sahələrə üstünlük verilir)
• Ən azı 5 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir
• İdarəetmə sahəsində ən azı 2 il iş təcrübəsinin olması
• Liderlik keyfiyyətlərinə malik olması
• Yüksək təhlil etmə bacarıqlarına malik olması
• Yüksək ünsiyyət və təqdimetmə  bacarıqlarına malik olması
• Təlim keçmə sahəsində təcrübəsinin olması
• Fərdi və komanda şəklində işləmək bacarığının olması
• Dil biliyi : Azərbaycan və Rus dillərini bilməsi,
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
• Mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanın olması

İş şəraiti və inkişaf imkanları:

• Yüksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq) və bonus almaq imkanı
• Bilik və bacarıqları artırmaq üçün yerli və xarici ekspertlərin təlimlərində iştirak imkanları
• Şəxsi göstəricilərə əsasən karyera artım imkanları və s.
 
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E - mail :  [email protected]
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi