Borcların Bərpası şöbəsinin Mütəxəssisi, Baş mütəxəssis
Əsas vəzifələri:
• Kredit ödənişlərində olan gecikmə səbəblərinin araşdırılması
• Gecikmələrin azaldılması üçün müvafiq tədbirlər planın ın hazırlanması və onun icrası
• Kredit ödənişlərini gecikdirən müştərilərlə daxili prosedurlara və qanunvericiliyə uyğun aktiv işləməsi (mümkün əlaqə vasitələrindən istifadə etməklə borclu/müştəri, həmçinin zaminlə əlaqə saxlamaq, ehtiyac yarandığı halda müvafiq ünvalarına getməklə şəxsən görüşmək)
• Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirilməsi
• Borclunun ödəmə qabiliyyətinin təhlil edilməsi və borclu ilə birlikdə həll yollarının tapılması
• Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işin aparılması.
• Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət edilməsi
• Borcların bərpasına dair hesabatların hazırlanması
Namizədə olan tələblər:
• Xüsusi tələblər: stressə davamlılıq, inandırmaq qabiliyyəti, insanların psixologiyasını bilməsi, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, m üxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil
həll edə bilmə bacarığı)
• İş stajı : kreditləşmə, problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş staj ının olması
• Yaş həddi: minimum 25
• Məsuliyyətli, operativ,dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Təhsil : Hüquq təhsili olanlara üstünlük verilir
• Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanının olması
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır.
Əlaqə vasitələri:
E - mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33