Filial Müdiri / Ağcəbədi /Masallı
Əsas vəzifələri:
• Filialın əsasnaməsinə uyğun fəaliyyət göstərməsini təmin etmək
• Müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək
• Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş hədəflərin yerinə yetirilməsini təmin etmək
• Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını daimi təhlil etmək və yüksək keyfiyyətdə saxlanmasını təmin etmək
• Filialın Kredit və Əmanət portfelinin dinamikasına və inkişafına nəzarət etmək
• Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün lazımi tədbirləri həyata keçirmək
• Daxili kredit komitələrinə rəhbərliyi həyata keçirmək
• Tabeçiliyində olan əməkdaşların işini planlaşdırmaq, koordinasiya və nəzarət etmək
• Əməkdaşların qiymətləndirilmə və inkişaf prosesində yaxından iştirak etmək
• Xidmət göstərdiyi ərazilərdə mütəmadi olaraq maliyyə bazarını araşdırmaq, satış prosesinin təkmilləşdirilməsi üçün müvafiq təkliflər vermək
Namizədə olan tələblər:
• Təhsil: Ali (İqtisad, idarəetmə/biznes və ya hüquqi təhsili olanlara üstünlük verilir)
• İş təcrübəsi: Bank sistemində azı 3-5 il iş stajın olması (kreditləşmə sahəsində ən azı
2 il, idarəetmə sahəsində ən azı 3 il)
• Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilini bilənlərə üstünlük verilir).
• Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktlarını bilməsi
• Liderlik keyfiyyətlərinə malik olması
• Yüksək təhliletmə bacarıqlarına malik olması
• Yüksək ünsiyyət, təqdimetmə və təşkilatçılıq bacarıqlarına malik olması
• MS Office proqramlarında peşakar işləyə bilmək bacarığına malik olması;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
• Əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected]; e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E - mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33