Qeydiyyatçı

İşin təsviri

Təşkilat: Hayat Clinic Tibb Mərkəzi

Vakansiya: Qeydiyyatçı

Qulluq funksiyaları:

• Təsdiqlənmiş  protokol  əsasında  pasiyentlərin qeydiyyatını aparmaq
• Tibbi sığorta da daxil olmaqla lazımi sənəd və blankların doldurulmasında pasiyentə yardım etmək
• Sığorta şirkətləri tərəfindən daxil olan zənglər əsasında sığortalı şəxsin qeydiyyatını  aparmaq
• Həkim təyinatı əsasında sığortalı şəxsin müayinələrdən keçməsini təmin etmək niyyətilə  sığorta şirkətinə dərhal xəbər  vermək
• Müayinə xərcləri də daxil olmaqla bütün informasiyaların düzgünlüyünü yoxlamaq
• Klinikanın prosedur  və qaydaları haqqında pasiyenti məlumatlandırmaq
• Pasiyent haqqında qeydlər aparmaq və məlumatlar bazasına daxil etmək
• Pasiyentin tibbi xidmətlərdən müəyyən olunmuş ardıcıllığa əsasən keçməsinə yardımçı olmaq və onu müşayiət etmək
• Gələn zəngləri və sorğuları cavablandırmaq
• Zəngləri tələbə uyğun şəkildə yönləndirmək
• Statistik qeydləri aparmaq
• Daxil və xaric olan poçtları qeydiyyata salmaq və müəyyən edilmiş ünvana çatdırılmasını təmin etmək

Tələb və bacarıqlar

• Tibb sahəsində orta ixtisas təhsili
• Mükəmməl müştəri xidmətləri
• Mükəmməl telefon etiketi bilikləri
• Kompyuter və proqramlarda işləmə  (MS Outlook, MS Excell, MS WORD-da dəqiqədə 35 söz çap etmək bacarığı bəyənilir)
• Stress altında işləmə
• Eyni zamanda bir neçə tapşırığı yerinə yetirmə
• Təşkilatçılıq və nizamlılıq
• Nüanslara diqqətli yanaşma
• Rus dili (sərbəst səviyyədə)

E-mail: [email protected]

Hayat Clinic Medical Center tərəfindən digər vakansiyalar