“KREDAQRO” Bank Olmayan Kredit Təşkilatı Azərbaycan üzrə öz filiallar şəbəkəsini artırılması məqsədilə regionlarda təcrübəli FİLİAL MÜDİRLƏRİ axtarır. “KredAqro” hazırda 20 000-ə yaxın müştərisinə malik olan Azərbaycanda inkişaf edən mikromaliyyə qurumudur.
TƏLƏBLƏR:
- Ali təhsil olması;
- Bank və yaxud Bank Olmayan Kredit Təşkilatında ən azı 3-5 il iş stajı və idarəetmə tərcübəsi;
- Regionlarda işləmək imkanı;
- Filialın əməkdaşlarının vahid komanda şəkilində fəaliyyətini təşkil etmək və kollektivdə işləmək qabiliyyəti;
- Məsuliyyətli, peşəkar, tələbkar, təşəbbüskar olmaq, əməkdaşlar qarşısında vəzifələri düzgün qoymaq bacarığı və qərar qəbul etmək qabiliyyəti;
- MS Office proqramında işləmək bacarığı.
Əsas vəzifə və öhdəliklər:
- Filialın kredit satışını təmin etmək və kredit portfelinin keyfiyyətini idarə etmək;
- Filialın personalını seçmək və idarə etmək;
- Borcalanların ödənişlərinin vaxtlı vaxtında aparılmasına nəzarət etmək;
- Problemli kreditlərlə işləmək;
- Filialın maliyyə analizlərini aparmaq;
- Yerli Kredit Komitəsində iştirak etmək;
- İşçi heyətinin təlimatlandırılmasında iştirak etmək;
- Borcalanların əmlakının qiymətləndirilməsini aparmaq;
- Filialın işçi heyəti və Baş Ofis arasında keyfiyyətli əməkdaşlıq qurulmasını təmin etmək və məlumat axımını düzgün əlaqələndirmək;
- Ərizəçiləri qəbul edib onlarla danışıqlar aparmaq, bizneslərini təhlil edərək potensial müştəriləri seçmək.
“KredAqro” öz işçilərinə maliyyə sektoruna uyğun gələn əmək haqqı+aylıq bonus və digər təminat paketi təklif edir.
CV-ləri mütləq şəkildə mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə, [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Əks halda ərizələr nəzərdən qaça bilər.
“KredAqro” haqqında ətraflı məlumat www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.