Regional Hüquq məsləhətçisi (Xalqlar filialı)

  • NBCO KredAqro
  • Elanın qoyulma tarixi: 21.09.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Regional Hüquq məsləhətçisi  (Xalqlar filialı)
 
Əsas vəzifə öhdəlikləri

- Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Təşkilatı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Təşkilat tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, Təşkilata qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması;
- Təşkilat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin hazırlanması
- Təşkilatın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq təşkilatdaxili normativ sənədlərin hazırlanması, sənədlərə dair hüquqi rəylərin verilməsi;
- İcra işləri üzrə İcra məmurları ilə işləmək;
- Rəsmi yazışmaları təmin etmək;
 
Namizədə dair tələblər

∙ Hüquq sahəsində ali  təhsilinin olması;
∙ Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
∙ Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
∙ Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
∙ Yüksək qavrama və öyrənmə qabiliyyəti;
∙ İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
∙ Kompyuter bilikləri;
∙ Bank sektorunda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan şəxslərə üstünlük verilir.
 
Əmək haqqı + rüblük bonus

E-mail:  [email protected]