Filialın Kredit Meneceri (BİZNES)
Bakı, Sumqayıt, Quba, Qusar, Lənkəran, Masallı, Ağsu və Ağcabədi
Vəzifə üzrə əsas fəaliyyət:
• Potensial müştərilərin banka cəlb olunması
• Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
• Kredit portfelinin idarə olunması və yüksək keyfiyyətinin təmin edilməsi
• Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi
• Xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması, satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
• Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (lazım olduqda müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi)
• Tabeçiliyində olan Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinin və onların hazırladığı kredit memorandumlarının yoxlanılması
• Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
• Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün lazımı tədbirlərin həyata keçirilməsi
Namizədə olan tələblər:
• Ali təhsilin olması (Maliyyə və iqtisad sahələrə üstünlük verilir)
• Ən azı 3 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (Beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir)
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
• Komandanın idarə edilməsində təcrübənin olması
• Liderlik keyfiyyətlərinə malik olması
• Yüksək təhlil etmə bacarıqları
• Yüksək ünsiyyət və təqdim etmə bacarıqları
• Təlim keçmə sahəsində təcrübənin olması
• Satışın psixologiyası və prinsiplərini əla bilməsi
• Fərdi və komanda şəklində işləmək
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması
İş şəraiti və inkişaf imkanları:
• Yüksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq) və bonus almaq imkanı
• Bilik və bacarıqları daimaartırmaq üçün yerli və xarici ekspertlərin təlimlərində iştirak imkanları
• Şəxsi göstəricilər nəticəsində karyera artım imkanları və s.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E - mail : [email protected]
Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 3