Baş Aqronom

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 27.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Baş Aqronom

İş haqqında məlumat:

 Növbəli əkin sistemi tətbiq etmək, əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasını müəyyən etmək, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlər görmək;
 Aqro-texniki tədbirləri həyata keçirmək, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaltmaq;
 Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən etmək;
 Kənd təsərrüfatı sahəsində olan zərərverici həşəratlara və alaqlara qarşı kimyəvi maddələrdən (funqusit, inseksit və herbisitlər) istifadə etmək;
 Bitkinin bioloji yetişkənlik dövrünü müəyyən etmək, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirləri görmək;
 Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkili, iş normalarını yerinə yetirmək;
 Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən etmək;
 Bitkinin veqetativ inkişafına uygun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl etmək;
 Torpağın vaxtında əkinə hazırlanması, məhsulun becərilməsi və yığılmasını təmin etmək;
 İş yeri bölgələrdə olacaqdır.

Namizədə aid tələblər:

 40-50 yaş arasında kişi namizədlər müraciət edə bilər;                                                                                               
 Aqronomluq sahəsində  ali təhsilli olmalı;
 Yonca, dənli bitkilər (buğda, arpa, qarğıdalı, yaşıl noxud) və tərəvəz bitkilərinin (pomidor, xiyar, badımcan, bibər, çuğundur və s.) yetişdirilməsi qaydalarını bilməli;                                                                                      
 MS Office və İnternet, E-Mail-dən istifadəni bilməli;                                           
 Aqronomluq sahəsində 3-5 il təcrübəyə olmalı;
 Diqqətli və məsuliyyətli olmalıdır.

Göstərilən tələblərə cavab verən namizədlər 31.09.2015-ci il tarixinədək  ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

İşəgötürənin reytinqi