Auditor

  • SƏBA
  • Elanın qoyulma tarixi: 25.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya adı: Auditor

Vəzifə öhdəlikləri:

• Risklərin və bütün növ əməliyyatların auditinin həyata keçirilməsi;
• Şirkətin icra və nəzarət sistemləri, o cümlədən risklərin idarə olunması sisteminin mövcudluğunun və effektivliyinin təmin edilməsi;
• Maliyyə resurslarının düzgün planlaşdırılması və icrası, o cümlədən uçot və statistika məlumatlarının dürüstlüyünün təmin edilməsi;
• Sahə və strukturlar üzrə Şirkətin fəalıiyyətində nöqsan və qüsurların qarşısının alınması üçün müxtəlif tövsiyələrin verilməsi və icrasına nəzarətin həyata keçirilməsi;
• Daxili Audit Xidmətinin iş planına uyğun olaraq audit layihələrində (monitorinq və ya təftişlərdə) iştirak.
• Kənar Auditorlarla işçi münasibətlərinin qurulması və onlara lazım olan dəstəyin göstərilməsi;
• Daxili auditin fəaliyyəti barədə Audit Komitəsinə hesabatların və rəhbərliyə məlumatın verilməsi.
• Daxili nəzarət sistemlərinin effektivliyinin və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;
• Risklərin idarəedilməsi medotologiyasının tətbiqinin və effektivliyinin təhlili;
• Mühasibatlıq sənədlərinin və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
• Aktivlərin qorunması vasitələrinin təhlili;
• Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi;
• Daxili nəzarət və əməliyyat prosedurlarının işləməsinin yoxlanılması;
• Qaydaların və prosedurların həyata keçirilməsini, qanunvericiliyə və daxili davranış məcəllərinə (etika qaydalarına) riayət olunmasını təmin edən sistemlərin təhlili;
• Normativ-hüquqi sənədlərlə tələb olunan hesabatların etibarlılığının və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması;
• Xüsusi tədqiqatların həyata keçirilməsi.

Namizədə tələblər:

• Ali təhsil (audit, maliyyə və hüquq sahəsi üzrə arzu olunandır) ;
• Audit sahəsində ən azı 4 il iş təcrübəsi ;
• MS Office proqramlarının istifadəçisi kimi mükəmməl biliklər ;
• İSO 9001:2008 və ya 22000:2005 beynəlxalq standartları barədə məlumatlılıq;
• İngilis dili biliyi (Rus dilini bilənlərə üstünlük verilir) ;
• Kommunikasiya vərdişləri və komandada işləmək bacarığı;
• Dəqiqlik, detallara diqqət, şəffaflığa bağlılıq ;
• Ölkədaxili səfərlər etmək imkanı;
• Şəxsi avtomobilin olması arzuolunandır.

Yuxarıda qeyd edilən tələblərə uyğun gəlirsinizsə, CV-nizi  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.