ANS Kommers Şirkətinin Baş Direktoru

İşin təsviri

Şirkət haqqında

ANS Şirkətlər Qrupuna daxil olan ANS Kommers Şirkəti 1995-ci ilin 25 noyabr tarixində Azərbaycanın reklam bazarının təməlini qoyan ilk reklam agentliyidir.
ANS Kommers Şirkətinin missiyası kütləvi İnformasiya Vasitələrinin reklam imkanlarının satış texnologiyalarını inkişaf etdirməklə reklam daşıyıcıları və reklam verənlər arasında qarşılıqlı, effektiv münasibətlərin və biznes modellərinin yaradılması işində lider olmaq.
Media vasitələrininin imkanlarından istifadə edərək daima maraqlı, sərfəli, effektli və gəlirli reklam kampaniyalarını həyata keçirir. ANS Kommers Şirkəti yarandığı gündən etibarən yeni xidmətlər tətbiq etməyi qarşısına mühüm bir məqsəd kimi qoyub. ANS KOMMERS Şirkət olaraq qarşısına qoyduğu ideanı hər zaman inkişaf etdiryməyi düşünür.
Onu da qeyd edək ki, ANS Şirkətlər Qrupuna Daxil olan ANS-TV, ANS-ÇM və ANS-PRESS Nəşiriyyat evinin Reklam hüquqlarını ANS-Kommers şirkəti daşıyır və ANS-TV və ANS-ÇM efirini, ANS-PRESS dərgilərinin reklam səhifələrini reklamla təmin edir.

Vəzifənin adı: “ANS Kommers” Şirkətinin Baş Direktoru

Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilməli

Ə/h: 2000-2500 AZN

VƏZIFƏ FUNKSIYALARI

• Şirkətin Reklam Siyasətinin aparılmasında yaxından iştirak;
• Mövcud Reklam Siyasətinin idarə edilməsi;
• Reklam bazarının daim izlənməsi və analizlərin aparılması;
• Yerli və xarici reklam agentlikləri ilə sıx əməkdaşlıq etmək;
• Yeni müştəri bazasının formalaşmasını təmin etmək (siyasətin qurulması və ona nəzarət);
• Tenderlərdə iştirak;
• Mediaplanlaşdırma Xidmətinə rəhbərlik etmək, deadlineların qoyulması və onlara nəzarət;
• Şirkətin cari fəaliyyətinə rəhbərlik etmək;
• Şirkətin işini, habelə onun quruluş bölmələri və işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
• Şirkətin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Təsisçinin təsdiqinə təqdim etmək və Təsisçinin təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
• Şirkətin Nizamnaməsinin tələblərinin, habelə Təsisçinin bütün qərarlarının şərtsiz yerinə yetirilməsini təmin etmək;
• Şirkətin fəaliyyətinin gəlirliyini təmin etmək;
• Müəyyən olunmuş müddətlərdə Təsisçiyə hesabatlar vermək;
• Şirkətin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
• Şirkətin Kommersiya sirrinin rejiminə riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və səlahiyyətlərinə uyğun olaraq kommersiya sirrinin mühafizəsi ilə bağlı olan tədbirlərin həyata keçirilməsini təmin etmək;
• Şirkətin tərəfindən vergi və ayrılmaların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsini təmin etmək;
• Vəzifəsi çərçivəsində Təsisçi tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
• Şirkətin Baş direktoru qüvvədə olan qanunvericiliyə müvafiq surətdə xidməti ezamiyyətlərə göndərilə bilər;
• Baş Direktor Şirkətin işçilərinin istehsal və əmək intizamına riayət edilməsini təmin etməlidir.

Namizəddən Tələblər:

Reklam sahəsində və idarəetmədə minimum 5 il iş təcrübəsi;
Yerli reklam bazarını yaxından tanıması;
Sərbəst işləmə bacarığı və qərar qəbul etmə bacarığının olması;
İdarəetmə keyfiyyətinin olması və tabeçiliyində olan əməkdaşlarla sıx iş birliyi;
Reklam siyasətinin hazırlanması və müştəri qarşısında öz mövqeyini saxlama bacarığı.

İş qrafiki: 6 günlük
09:30-18:30

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected][email protected]  ünvanlarına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Baş Direktor-Kommers) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.
Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

ANS Şirkətlər Qrupu tərəfindən digər vakansiyalar