Texniki Dəstək Şöbəsinin Mütəxəssisi

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 10.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

TEXNİKİ DƏSTƏK ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ

İş barədə məlumat:

-  Kompüter istifadəçilərindən müraciətlərin qəbul edilməsi və texniki dəstək xidmətinin həyata keçirilməsi
- İstifadəçi kompüterlərində yaranmış proqram və avadanlıq səviyyəli nasazlıqların aradan qaldırılması
- Yeni proqram təminatlarının istifadəçi kompüterlərinə yüklənməsi
- İstifadəçilərdə kompüterlərin şəbəkələrə qoşulmalarında yaranmış kiçik nasazlıqların aradan qaldırılması
- Printerlər və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqların aradan qaldırılması
- Müxtəlif təcili pul köçürmə sistemləri üzrə texniki xidmətin aparılması və dəstəyin göstərilməsi
 
Namizədə tələblər:

- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı
- İngilis və Rus dili bilikləri (orta səviyyədə)
- Kompüterlər və periferik qurğuların quraşdırılması bilikləri
- Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi
- VMWare, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2013 haqqında fundamental biliklər
- Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik biliklər
- Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq
- Tələb olunan sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi (bank sektorunda təcrübəsi olanlara üstünlük verilir)

E-mail: [email protected]

İşəgötürənin reytinqi