Marketinq üzrə mütəxəssis

İşin təsviri

Avlolux Azərbaycan“ MMC-yə Marketinq üzrə mütəxəssis tələb olunur.

İş qrafiki :  9:00-18:00/bazaar ertəsi-cümə

Namizədə olan tələblər:

1. Ali təhsil (Biznesin təşkili və idarə edilməsi, sosial elmlər, Marketinq istiqamətləri üzrə);
2. Bu sahədə ən az 3 il iş təcrübəsi;
3. İngilis-dili, rus-dili biliyinə malik;
4. Məntiqi təfəkkürə, idarə etmə, təşkilatçılıq, insanlarla ünsiyyət qurma bacarığına malik olma;
5.  Kompüter biliklərinə malik olmalı (Ofis və dizayn proqramları);
6. Strateji təhlil və proqnozlaşdırma, reklam  haqqında biliyə malik olma;

Vəzifə öhdəlikləri:

1. Bazar imkanlarının təhlili, marketinq tədqiqatları və məlumat sisteminin hazırlanması, marketinq mühitinin təhlili, marketinq nəzarətinin həyata keçirilməsi.
2.  Biznesin inkişaf imkanlarının araşdırılması və təkliflərin hazırlanması.
3.  Biznes planın hazırlanması işinin təşkili
4.  Araşdırmalardan əldə edilən məlumatların təhlili və təkliflərin verilməsi
5. Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi
6. Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması

Email : [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.