Avtolux Azerbaijan LLC


Avtolüks Azərbaycan MMC-nin əsası, dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına əlçatan etmək üçün 2012-ci ildə qoyulmuşdur. Şirkət ilk öncə milyonların arzusu olan Ferrari brendini Bakı sakinlərinə təqdim etməklə fəaliyyətə başlamış, eləcə də hələ super idman avtomobili arzusuna uzaq olan fanatların da özlərini brendin bir hissəsi kimi hiss etməsinə şərait yaratmaq üçün avtomobillərlə birlikdə Ferrari Store-u da şəhərimizə gətirmişdir. Hal hazırda Azərbaycan Avtomobil bazarının əsas oyunçularından olan şirkətin ikinci uğuru daha bir İtalyan nəhəngi olan Automobili Lamborghini və Collezione Automobili Lamborghini brendləri olmuşdur. Brend sıralamasını Aston Martin ilə davam etdirən Avtolüks Azərbaycan 2017 ci ildə FCA Groupa aid olan digər 7 brendin, Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep-in də rəsmi təmsilçisinə çevrilmişdir. Müştərilərin rahatlığı üçün bütün brend sıralaması üçün texniki xidmət də təklif edən şirkətin nümayəndəlik və texniki xidmət mərkəzləri şəhərin tam mərkəzində yerləşir. 80-dən artıq əməkdaşı olan şirkətin bütün usta heyyəti aidiyyat üzrə brendlərdən təlim keçir və mütəmadi olaraq yeniliklərlə tanışlıq üçün zavodlara ezam olunurlar. Avtolüks Azərbaycan brend sıralamasını daim genişləndirməkdə və keyfiyyəti bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?