Təsərrüfat işləri üzrə Mütəxəssis

İşin təsviri

“Avlolux Azərbaycan” MMC-yə  Təsərrüfat işləri üzrə Mütəxəssis tələb olunur.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Namizədə olan tələblər:

1. Müvafiq sahədə 2 il  iş təcrübəsi ;
2. Rus-dili biliyi ;
3. İngilis-dili bilənlərə üstünlük verilə bilər;
4. Yaş həddi 22-35;

Vəzifə öhdəlikləri:

1. Şirkətin  sanitar qaydalara uyğun səliqəli və təmiz saxlanılmasını təmin etmək.
2. Şirkətə lazım olan təsərrüfat mallarının sifarişini hazırlamaq və təşkil etmək.
3. Təsərrüfat və digər malların qalığına daima nəzarət etmək.
4. Şirkətin xarici və daxili ərazisinin təmizliyini daima nəzarətdə saxlamaq.
5. Şöbə üzrə ayrılan pul vəsaitlərinə görə məsuliyyət daşımalı.
6. Alınacaq hər bir məhsul üçün qiymət müqayisəsi aparmalı və rəhbərliyə təkliflərini təqdim etməli.

Email: [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.