Hüquqşünas

İşin təsviri

“Avlolux Azərbaycan “MMC-yə hüquqşünas  tələb olunur.

İş qrafiki :  9:00-18:00/bazaar ertəsi-cümə

Namizədə olan tələblər:

1. Hüquq  sahəsində ali təhsil ;
2. 5 il müvafiq sahədə iş təcrübəsi ;
3. İngilis-dili biliyinə malik olmaq;
4. Kompyuter programlarında işləmə bacarığı ;
5. Yaş həddi 25-40 ;
6. Mülki, əmək, inzibati, cinayət qanunvericiliyini (mülki, cinayət prosesi daxil);
7. Müqavilələrinin bağlanması və rəsmiləşdirilməsi qaydasını və s. bilməlidir.

Vəzifə öhdəlikləri:

1.Şirkətin bütün siyasət və prosedurların tələblərinin yerinə yetirilməsi və ona riayət etmək;
2. Şirkətin rəhbərliyinə imza üçün təqdim edilən əmr, təlimat, müddəa və hüquqi xarakterli digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq; sənədlərin layihələrin uyğunlaşma mərhələsinə riayəti məsul işçilər ilə yoxlamaq;
3. Mülki müqavilələrin layihələrinin hazırlanması; Şirkətə kontragentlər tərəfindən təqdim olunan müqavilə layihələrin qanunvericiliyə uyğun olması; Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
4. Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
5. Məhkəmə mubahisələrinin hüquqi nöqteyi nəzərindən həll edilməsi üçün tədbirlər görmək (iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlamaq və s.)
6. Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
7. Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
8. Tam məxfiliyə riayət edilməsi (heç bir daxili sənəd və ya onun surəti rəhbərliyin icazəsi olmadan Şirkətin ofisindən kənar çıxardıla bilməz):
9. Şirkətin mövcud siyasəti və ya rəhbərliyində  əks olunmayan hərəkətləri birbaşa rəhbərlər ilə razılaşdırmaq;

Email : [email protected]

Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.