Marketinq və satış meneceri

İşin təsviri

Marketinq  və satış meneceri

Əsas öhdəliklər:

• Şirkət maraqlarının təmin olunması məqsədi ilə satış istiqamətində operativ təkliflər hazırlamaq;
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
• Şirkətin müştəri bazasının artırılması, yeni müştərilərin cəlb olunması;
• Danışıqların aparılması və yeni əməkdaşlıq müqavilələrinin bağlanmasını həyata keçirtmək;
• Müştərilərlə görüşlər keçirmək,təqdimat və təkliflər hazırlamaq;
• Müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
• İstehlakçı tələbatı barədə məlumat toplamaq;
• Müştəri tələb və təkliflərinin müəyyənləşdirilməsi prosesinin idarə edilməsi, daimi təkmilləşdirilməsi;

Tələblər:

• Ali təhsil;
• Azərbaycan,rus və ingilis dillərini sərbəst bilən;
• Ən azı 3 il iş təcrübəsi (Konsaltinq xidmətləri sahəsində təcrübəsinin olması arzuolunandır);
• Biznes etikası və biznes görünüşə sahib olmalıdır;
• Marketinq, PR və Satış sahələrinə aid biliklər, yüksək yaradıcılıq qabiliyyəti;
• Komandada işləməyi bacaran;
• Təmkinlilik,etibarlılıq,özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı;
• Yaş həddi 25-35-dək
• Ofis proqramlarında işləmə bacarığı olmalı;

Əmək haqqı yüksəkdir. Müsahibədən sonra namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə " Marketinq  və satış meneceri " sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Business Service Centre LTD
Azerbaijan,Baku - F.Amirov, 10
E-mail:[email protected]
Web: www.bsc-group.az