Baş anbardar (Sumqayıt)

İşin təsviri

Giltex 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilməkdədir. Müəssisənin bazasında Toxuma fabriki, Boyama fabriki və Tikiş fabriki fəaliyyət göstərməkdədir. Hal-hazırda Gilan Tekstil Parkında müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, otellər üçün dəsmallar istehsal edilməkdədir. İstehsalda insan sağlamliğına zərər verəcək heç bir kimyəvi maddələrdən istifadə edilmir. Bütün məhsullar Avropa standartlarina tam uyğundur.

VAKANSİYA: Baş anbardar

KATEQORİYA: Anbar Təsərrüfatı şöbəsi / İstehsalat

ŞƏHƏR: Sumqayıt

VƏZİFƏ ÖHDƏLİKLƏRİ

- Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək
- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək
- İş tapşırıqlarını paylaşdırmaq, eləcə də iş tapşırıqlarını və qayimələri nəzərdən keçirmək
- Hesabatları təsdiq etmək, material və ya məhsulların paylaşdırılmasına nəzarət etmək
- Daşınan yükün qeydiyyat sənədlərini yoxlamaq və düzgün olmasını təsdiq etmək, yüklərdəki çatışmamazlıqlar və artıq çəki ilə əlaqədar yaranan məsələləri cavablandırmaq, eləcə də ehtiyatların vəziyyətinə nəzarət ilə əlaqədar yaranan problemləri həll etmək
- İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək
- Ehtiyatların səviyyəsinə dair gündəlik inzibati aktlar, istehsal və keyfiyyət ilə bağlı nəticələr, işlərin vəziyyəti, eləcə də büdcə və ya xərclər barədə hesabatlar hazırlamaq, rəhbərliyə təqdim etmək və - maliyyə şöbəsinə mütəmadi olaraq müvafiq raportların hazırlanması.
- Tabeliyində olan anbardarların işinə nəzarət və s.

NAMİZƏDƏ TƏLƏBLƏR

• Təhsil: Ali.
• Dil bilikləri: Azərbaycan– mükəmməl səviyyədə.
• Yaş həddi: 30-50.
• Təcrübə: Min 2 il. (istehsalat sahəsində)
•  İdarəetmə bacarığı olmalı

İŞ SAATI

09:00 – 18:00

CV-lərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

QEYD: Email-in “subject” bölməsinə, vakansiyanın adını yazmağınız xahiş olunur.