Satınalmalar üzrə mütəxəssis (Gəncə)

  • Synergy Group
  • Elanın qoyulma tarixi: 24.06.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin adı: Satınalmalar üzrə mütəxəssis

Yerləşmə yeri : Gəncə şəhəri

Vəzifə öhdəlikləri

• Şirkətin satınalma siyasəti çərçivəsində satınalma prosessinin  idarə edilməsi;
• Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə  şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
• Satınalmanın təşkili: Avadanlıqların, ehtiyat hissələrin, alətlərin və digər istismar materiallarının şirkətin və qrupun qaydalarına uyğun olaraq vaxtında və sərfəli satın alınması/tədarükü
• Tədarükçülərlə əlaqəli işlərin idarə edilməsi: Tədarükçülərin siyahısının tərtib edilməsi və mütəmadi yenilənməsi, yeni potensial Tədarükçülərin və Təchizatçıların araşdırılması
• Tenderlərin təşkili: Tender prosesinin təşkili və idarə edilməsi, müvafiq şöbələrdən əldə edilən məlumatlara əsasən tender sənədlərinin hazırlanması, tender sənədlərinin tədarükçülərə çatdırılması, təkliflərin alınması və cavablandırılması
• Logistika: Logistika Əməliyyatlarının əlaqələndirilməsi və təşkili, Daxil olan Avadanlıq və Materialların qeydiyyatı, Yükdaşıma şirkətləri ilə əlaqələrin saxlanması
• Birbaşa rəhbərin verdiyi bütün digər tapşırıqlarının yerinə yetirilməsi

Tələblər:

• Ali təhsil, satınalmalar və maddi texniki təchizat sahəsində ən azı 3 il iş təcrübəsi;
• MS Office  proqramları üzrə əla səviyyəli biliklər;
• Gərgin iş şəraitində  işləmək bacarığı, qətiyyət və çalışqanlıq, komandada işləmə bacarığı;

• Yüksək səviyyədə şifahi və yazılı dil bilikləri - Azərbaycan və ingilis (vacib) və rus dili (üstünlük verilir);
• Son icra tarixlərinə əməl etmə  bacarığı;
• Məhsuldar iş mühitində işləmək bacarığı;

Namizədlərdən xahiş olunur ki, öz CV-lərini müraciət məktubunun mövzusunda vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərsinlər.

İşəgötürənin reytinqi