Mühəndis (Nəzarət yoxlama işlərinin aparılması ilə əlaqədar)

  • SƏBA
  • Elanın qoyulma tarixi: 16.06.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiya: Mühəndis (Nəzarət yoxlama işlərinin aparılması ilə əlaqədar)

İş barədə məlumat:

- Müəssisədə mühəndis və texniki işlərin görülməsi ilə əlaqədar tərtib olunan smetaların yoxlanılması və uyğunsuzluqların aşkara çıxarılması;
- Yoxlanılan smetalarda müəyyən etdiyi uyğunsuzluqların aradan qaldırılması istiqamətində müəssisə rəhbərliyinə təkliflərin və görülən işlər barədə hesabatların verilməsi;
- Smetaların uyğunluğuna və düzgünlüyünə dair əsaslandırılmış rəylərin verilməsi;
- Müəssisədə tərtib olunmuş smetalar əsasında işlərin yerinə yetirilməsi və təhvil verilməsi prosesinə nəzarət olunması, bu prosesdə yaranan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi;

Tələblər:

- Mühəndislik, inşaat və ya texniki sahədə ali təhsil;
- Mühəndislik, inşaat və ya texniki sahə üzrə 5 ildən yuxarı iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;
- Dürüst, məsuliyyətli, tələbkarlıq xüsusiyyətlərinə malik olmaq;
- Ezamiyyələrə getməyə hazır olmaq;

Xahiş edirik, elana əlavə olunmuş fayldaki sualları ( Saba.doc ) elektron variantında cavablandırın və zəhmət olmasa, mövzu yerində elanın adını yazmaqla, [email protected]  elektron ünvanına göndərin.