Xəzinədar

  • SƏBA
  • Elanın qoyulma tarixi: 25.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə adı: Xəzinədar

İş barədə məlumat:

1. Nağd pulun və bank hesablarının idarə olunması, qalıqlara gündəlik nəzarət və rəhbərliyə məlumat verilməsi.
2. Nağd ödənişlərlə bağlı pulların qəbul edilməsi və sənədləşdirilməsi, sənədlərin imzalanması.
3. Nağd ödəniş və köçürmələr barədə rəhbərliyə gündəlik hesabat verilməsi.
4. Kassa və bank əməliyyatlarının 1C-də işlənməsi.
5. İnternet bankda ödənişlərin hazırlanması.
6. Tərəfdaş banklar ilə mütəmadi əlaqə və yaranan problemlərin həll edilməsi.
7. Bank və kassa sənədlərinin vaxtlı-vaxtında arxivləşdirilməsinin həyata keçirilməsi.
8. Bank və kassa əməliyyatlarının uçot sistemində düzgün təsnifatləşdirilməsi.
9. Xəzinədarlıq şöbəsinin fəaliyyətinin düzgün qurulması ilə bağlı tələb olunan digər işləri yerinə yetirmək.
10. Kassasına qəbul edilən nəğd pulu ona ayrılan kassa hesabı vasitəsi ilə günün balansında əks etmə
11. Gündəlik hesabatları rəhbərliyə təqdim etmək.
12. Gündəlik pul vəsaitlərinin hərəkətini excel və 1C kompüter proqramlarında işləyib hazırlamaq və hazırlanmış sənədlərin komputerdə vahid qovluqda tarixi və nömrə ardıcıllığı ilə saxlanılmasını təmin etmək;
13. Sənədləşmə qaydalarına dəqiq əməl etmək, qəbzlərin, orderlərin və s. yazılmasını və ay ərzində xəzinə hesabatlarının hazırlanmasını təmin etmək

Namizədə tələblər:

- Ali təhsil
- Xəzinədarlıq sahəsində ən azı 2 il iş təcrübəsi
- Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
- 1C 8.2-də işləmək bacarığı
- Excell proqramında yüksək səviyyədə işləmək bacarığı

Xahiş edirik, elana əlavə olunmuş fayldaki sualları ( Saba.doc ) elektron variantında cavablandırın və zəhmət olmasa, [email protected]  elektron ünvanına göndərin.