Marketing Koordinator

  • StudyNet Group
  • Elanın qoyulma tarixi: 14.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Marketinq Koordinator

StudyNet Group olaraq biz son 3 il ərzində Azərbaycanda peşəkar təhsil xidmətlərini təqdim edirik. Əsas fəaliyyətimiz beynəlxalq təhsil proqramlarını Azərbaycanda fərdi və karyera inkişafına yönəli hər bir insana əlçatan etməkdir. Şirkətimizin hazırki fəaliyyətinə xaricdə təhsil xidmətləri, peşəkar təlim və kvalifikasiyalar və İngilis dili kursları və proqramlarının təqdim edilməsi daxildir.

Şirkətimiz bazarda düzgün mövqeləşməsi və təqdim etdiyi xidmətlər üzrə müştəri kommunikasiyalarının effektiv idarəedilməsi, müştəri məmnuniyyətinin artırılması məqsədi ilə marketinq koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. Şirkət yerli və xarici mütəxəsisslərdən mütəmadi konsultasiya xidmətləri alır, marketinq koordinatorunun əsas vəzifəsi konsultasiyalar əsasında verilən tapşırıqları və şirkətin təqdim etdiyi xidmətlər üzrə marketinq proseslərini icra etməkdir.

Bu vəzifənin əsas öhdəlikləri nələrdir?

• Şirkət rəhbərliyinin sorğusu və şəxsi təşəbbüslər əsasında bazar tədqiqatlarının aparılması;
• Şirkətin müxtəlif məhsul və xidmətləri üzrə marketinq planlarının hazırlanmasında iştirak və planların icrasını həyata keçirtmək;
• Şirkətin özünün və brendlərinin sosial mediada hesablarının idarə edilməsi və kampaniyaların keçirilməsi;
• Şirkətin internet səhifəsindəki məlumatların yenilənməsi;
• CRM və müştəri loyallığı proqramlarını idarə etmək;
• Təqdim edilən xidmətlər ilə bağlı müxtəlif təqdimatların keçirilməsi;
• Şirkəti sərgilərdə, təqdimatlarda, festivallarda və digər biznes tədbirlərdində təmsil etmək;
• Müştərilər ilə müştəri xidmətləri əməkdaşlarının əlaqələndirilməsi və prosesi idarə etmək;
• Satış prosesini stimullaşdıracaq kampaniyaların idarə edilməsi;
• Çap materiaları və şirkətinq müxətlif marketinq fəaliyyətləri üzrə inventarlarının idarə edilməsi;
• Mütəmadi olaraq marketinq büdcəsinin monitorinqinin aparılması və analizlər edib rəhbərliyə təqdim etmək;
• Fəaliyyətlərə əsasən marketinq kampaniyaları üzrə hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək;
• Fərdi inkişaf ilə bağlı marketinq və satış sahəsi üzrə təlimlərdə, tədbirlərdə iştirak və biliklərin artırılması üçün bu sahədə olan məlumatlara abunəçilik.

Biz necə namizədlər gözləyirik?

• Ən azı bakalavr pilləsində ali təhsil almış;
• Azərbaycan və İngilis dilini yüksək, Rus dilini isə orta səviyyədə bilən;
• Planlaşdırma qabiliyyəti olan və vaxtını səmərəli bölməyi bacaran;
• Təhlil etməyi bacaran və analitikasını səmərəli istifadə edə bilən;
• Yaradıcı düşünməyi bacaran;
• Ünsiyyət bacarıqlarına əmin olan;
• Təqdimat və auditoriyanı inandırmaq bacarıqları olan;
• Ofis proqramları ilə yanaşı, dizayn proqramları üzrə orta səviyyədə bacarıqlara sahib olan;
• Sosial media kanalları üzrə praktik təcrübəsi olan;
• Ehtiyac olarsa iş ilə bağlı xaricə səfərlər etməyə hazır olan.

Satış, marketinq sahələri, xüsusən də təhsil sferasında, üzrə təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Əgər düşünürsünüz ki, siz göstərilən öhdəlikləri icra edə bilər və tələblərə uyğun gəlirsinizsə o zaman öz CV-inizi və ‘Niyə görə bu vəzifədə işləmək istədiyinizi 150-200 söz ilə’ qısaca əsaslandıraraq 20 may 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Əmək haqqı iş təcrübəsinə əsasən 600-800 AZN nəzərdə tutulub.

Zəhmət olmasa e-mail başlığında ‘Marketinq Koordinator’ qeyd edərdiniz. Tərəfimizdən yalnız uğulu namizədlərlə əlaqə saxlanılacaq.