Hüquqşünas

  • Bank of Baku
  • Elanın qoyulma tarixi: 05.05.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Hüquqşünas

Bank haqda

Ölkənin ilk kommersiya banklarından biri olan “Bank of Baku” ASC-nin əsası 1994-cü ildə qoyulmuşdur. Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılmasına davamlı səy göstərir. “Bank of Baku” hissə-hissə ödənişli kredit kartlarını ölkədə ilk dəfə kütləvi dövriyyəyə buraxdı, istehlak kreditlərinin rəsmiləşdirmə şərtlərini xeyli sadələşdirdi, daimi müştərilər üçün imtiyazlar klubu təsis etdi. Bankın fəaliyyətdə olan 24 filial və 2 inzibati ofisi müştərilərə bütün növ bank xidmətlərini göstərir. Bankımız haqda daha ətraflı məlumatı http://www.bankofbaku.com/ saytından əldə edə bilərsiniz.

Əsas vəzifə və öhdəliklər
 
 Məhkəməyə göndərilməsi üçün Şöbəyə daxil olmuş işlərin məhkəməyə hazırlıq işlərini aparmaq,  iddia ərizələrini hazırlamaq və işləri məhkəməyə göndərmək;
 Məhkəmə, Icra, Hüquq mühafizə və digər dövlət orqanlarında  Bankı nümayəndə qismində təmsil etmək;
 Məhkəmə qərarlarının vaxtında alınmasını və aidiyyatı struktura təqdim edilməsini təmin etmək;
 Hüquq mühafizə orqanlarından Banka daxil olan sorğu və müraciətləri cavablandırmaq.

Tələb olunan meyarlar

 Ali hüquqi təhsil
 Iş təcrübəsi: hüquq sahəsində 1-3 il
 Azərbaycan dilini - əla
 Məsuliyyət hissi və dəqiqlik
 Öyrənməyə həvəs
 MS Office proqramları
 Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

İş şərtləri

 İş vaxtı: 5/2, saat 9.00-18.00
 Əmək haqqı: 450-500 AZN
 Fəaliyyətin nəticələrinə əsasən əlavə bonus

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzusunda Hüquqşünas yazılması vacibdr.

İşəgötürənin reytinqi