Baş Xəzinədar

  • SƏBA
  • Elanın qoyulma tarixi: 26.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə adı: Baş Xəzinədar

İş barədə məlumat:

1. Nağd pulun və bank hesablarının idarə olunması, qalıqlara gündəlik nəzarət və rəhbərliyə məlumat verilməsi.
2. Nağd ödənişlərin yoxlanması və təsdiqi.
3. Nağd ödəniş və köçürmələr barədə rəhbərliyə gündəlik hesabat verilməsi.
4. İstehsal sahələrində yerləşən kassaların işinə nəzarət və cavabdehlik.
5. Kreditor borcların idarə olunması, həmçinin gecikmiş borclar ilə bağlı kreditorlarla danışıqların aparılması və problemlərin tənzimlənməsi.
6. Borcların ödənişləri ilə bağlı kreditorların müraciətlərinə cavab verilməsi və gözlənilən ödəniş tarixləri barədə məlumatın verilməsi.
7. Kassa və bank əməliyyatlarının 1C-də düzgün işlənməsinin yoxlanılması və lazımı düzəlişlərin edillməsi.
8. Gündəlik ödəniş planının hazırlanması və Maliyyə Direktoruna müzakirə üçün təqdim olunması.
9. Şifahi razılaşdırılmış gündəlik ödənişlərin İdarə Heyətinə təsdiq etdirilməsi.
10. İnternet bankda təsdiq üçün yığılmış ödənişlərin yoxlanması və təsdiqə göndərilməsi.
11. Tabeçilikdə olan işçilərin vəzifələrini lazımı qaydada yerinə yetirməsinə və nizam-intizamına nəzarət.
12. Tərəfdaş banklar ilə mütəmadi əlaqə və yaranan problemlərin həll edilməsi.
13. Bank və kassa əməliyyatlarının sənədləşməsinin düzgün aparılmasına nəzarət.
14. Bank və kassa sənədlərinin vaxtlı-vaxtında arxivləşdirilməsinə nəzarət.
15. Pul vəsaitləri axınına nəzarət, təhlil olunması və optimallaşdırılması barədə təkliflər vermək.
16. Maliyyələşmə ehtiyaclarının müəyyən olunması və İdarə Heyətinin təsdiqi ilə kredit alınması prosesinə nəzarət olunması
17. Bank və kassa əməliyyatlarının uçot sistemində düzgün təsnifatına (əməliyyat, maliyyə və ya investisiya) nəzarət olunması və lazımı düzəlişlərin edilməsi.
18. Xəzinədarlıq şöbəsinin fəaliyyətinin düzgün qurulması ilə bağlı tələb olunan digər işləri yerinə yetirmək və bu mövzuda birbaşa rəhbərə məlumat vermək.

Namizədə tələblər:

- Ali təhsil
- Xəzinədarlıq sahəsində ən azı 3 il iş təcrübəsi
- Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
- 1C 8.2-də işləmək bacarığı
- Excell proqramında işləmək bacarığı

Xahiş edirik, məktuba əlavə olunmuş fayldaki sualları ( Saba.doc ) elektron variantında cavablandırın və [email protected]  elektron ünvanına göndərilsin.