Hüquqşünas

İşin təsviri

Şirkət: Shamkir Excelsior Hotel

Vəzifənin adı: Hüquqşünas

Yerləşmə yeri : Şəmkir şəhəri

Əsas vəzifələr

• Şirkətdə normativ aktların dəqiq tətbiqini təmin edir;
• Şirkətin fəaliyyəti ilə əlaqədar bütün sənədlərin (qərarlar, əmrlər, direktivlər, əsasnamələr, prosedurlar və s.) icra edilməzdən əvvəl  qanunauyğun olub-olmamasını yoxlayır və tələb olunduqda, öz razılığını ifadə edir (sənədlərin müvafiq yerlərində imza etməklə);
• Pozuntu hallarının aradan qaldırılması məqsədi ilə rəhbərliklə birlikdə qanuni addımların  atılmasını təmin edir;
• Mülki-hüquqi müqavilələri hazırlayır, hər hansı bir digər tərəfdən təqdim olunduğu halda,  müqavilənin qanunvericiliyə  və Şirkətın maraqlarına  uyğun olub-olmadığını yoxlayır  və tələb olunduqda, öz razılığını ifadə edir;
• Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi şəxs(lər)in dövlət qeydiyyatı, yenidən təşkili və ləğvinə dair sənədlər paketini hazırlayır və icra edir; 
• Hüquqi şəxsin təsis sənədlərinə edilən dəyişikliklərin və qeydiyyata alınmış faktların sonrakı  dəyişikliklərinin dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər toplusunu hazırlayır və icra edir;
• Şirkətdə kadrlar  və mühasibatlıq sənədlərini qanuna uyğun şəkildə hazırlanması və dövriyyəsinə nəzarət edir, hüquqi məsləhətin verilməsini təmin edir və səmərəli təkliflər irəli sürür;  
• Şirkətin qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə mübahisəli halların (iddiaların) məhkəmədən qabaq həlli üçün tələb olunan sənədləri hazırlayır, onların digər tərəfə təqdim olunmasını təmin edir, arzu olunan nəticələrin əldə edilməsi üçün digər hüquq-müdafiə vasitələrdən istifadə edir;
• Şirkətin maraqlarının məhkəmədə qorunması məqsədi ilə etibarnamə əsasında təyin olunmuş nümayəndə qismində məhkəmədə prosessual imkanlardan istifadə edir;
• Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətin, rəy və arayışların verilməsini təmin edir;
• Müqavilələr və digər hüquqi sənədlərin qüvvədə olan qanunvericiliyə və Şirkətin siyasətinə uyğun olmasını təmin etmək üçün onları nəzərdən keçirir;
• Şirkətin səmərəli və effektiv idarə edilməsi məqsədilə, təklif olunmuş və ya yeni qanunvericilik və ya normativlər, məhkəmə qərarları, sənaye istiqamətləri və ya yanaşmaları və dövlət idarəçiliyi və müqavilələrin idarə edilməsi sahəsində yeniliklərə dair  məlumatları əldə edir və Şirkəti təmin edir;
• Müqavilələrin bağlanması və icrası ilə əlaqədar risklərin müəyyən edilməsi və azaldılmasını təmin edir;
• Digər bütün zəruri hüquqi tənzimlənməni həyata keçirir.

Tələb olunan xüsusiyyətlər

• Hüquq sahəsində bakalavr təhsili;
• Hüquq sahəsində 2- 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
•  Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Təzyiq altında və dəyişkən iş qrafiki  ilə işləmək bacarığı ;
• Dəyişən şəraitə adaptasiya qabiliyyəti;
• Azərbaycan  dilində əla səviyyədə şifahi və yazılı nitq qabiliyyəti;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).

Bu vəzifəyə namizədliyinizi irəli sürmək üçün elektron poçtun mövzu hissəsində “Hüquqşunas” qeyd etməklə öz tərcümeyi halınızı [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız uğurlu namizədlərlə (tərcümeyi halı bütün təlbələrə cavab verən) əlaqə yaradılacaq.

Excelsior Hotel Shamkir tərəfindən digər vakansiyalar