Boruçu

  • Azfen
  • Elanın qoyulma tarixi: 16.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Məlumat: Şahdəniz 2 layihəsi

İş yeri: Azərbaycan Bakı Bayıl qəs. Cənub körpüsü 3

Proyekt: Şahdəniz 2

Şirkət: AZFEN BM

Son müraciət vaxtı: 31 May, 2015

Tələb olunan vəzifə : Boruçu

Peşə öhdəlikləri;

• Boru sistemlərinin izometrik çertyoju və bu çertyojlar üzrə boru xəttlərinin quraşdırılması barədə təsəvvürə malik olmaq.
• Hər bir diametrli qara və əlvan düz və əyri boruların, boru sistemlərindəki armaturların (siyirtmə,klapan və s.),dirsəklərin,diametr üzrə keçid hissələrinin boltlu flanslarla və qaynağa verilməsi üsulu ilə birləşdirilməsi (quraşdırılması) işlərini bacarmaq,bu işləri müvafiq prosedurlara və standartlara uyğun icra etmək.
• Boruların diametrləri,materialları,xüsusi çəkisi kimi xarakteristikalar,habelə bolt ,sancaq komplektasiyası barədə məlumatlı olmaq.
• İş sahəsində alətlərlərdən, ləvazimatlardan,quraşdırma vasitələrindən,fərdi mühafizə vasitələrindən müvafiq prosedur və təhlükəsizlik qaydalarına əməl etməklə düzgün  istifadə etmək.

Tələblər;

Orta,orta ixtisas və ya ali təhsil;
Bu sahədə ən azı 1 il iş təcrübəsi;
Kollektivlə işləmək bacarığı və əmək intizamının yüksək olması.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Boruçu” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.