CNFA şirkəti Azərbaycan aqrobiznes istehsalçılarından ibarət konsorsiuma marketinq və kommunikasiya dizayn xidmətlərinin göstərilməsi məqsədi ilə
Təkliflərin təqdim edilməsi üçün (RFQ) #CNFA-AZ-01 saylı sorğunu elan edir
1. Alıcı haqqında məlumat:
Alıcı: CNFA şirkəti
Əlaqə üçün şəxs: Könül Vəliyeva
Ünvan: Bülbül küç. 7,“Sahil“ Biznes Mərkəzi, 4-cü mərtəbə, ofis 2
Poçt indeksi: 1000
Şəhər: Bakı
Email: [email protected]
Telefon: 012-598-10-23
Faks: 012-498-22-49
2. Satınalmanın predmeti:
Marketinq və kommunikasiya dizaynı. Məhsullar iki əsas hissəyə bölünəcək: a) elektron və b) çap materialları
a) Brend identifikasiyasının tərkibi vəqrafikası (brendin vizual görüntüsü, logotipi, devizi, rəngləri, qrafikası, simvolları, dizaynı, şəkilləri və websayt daxil olmaqla onlayn dinamikası;
b) çap xidmətləri (vizit kartlar, broşurlar, bukletlər, reklam xarakterli çap materialları və sair)
3. Digər şərtlər:
Bu tenderin şərtləri və digər məlumatlar daxil olmaqla bütün tender sənədləri maraqlı Biznes Xidmətləri Təminatçılarına və məsləhətçilərə aşağıda göstərilmiş elektron ünvanına qəbul olunan müraciətlər əsasında göndəriləcək:
[email protected]
Müraciətlərin son qəbul olma tarixi və vaxtı: 16 Aprel 2015 –ci il, Bakı vaxtilə saat 18:00.
Təkliflərin son qəbul olunma tarixi və vaxtı: 21 Aprel 2015-ci il, Bakı vaxtilə saat 18:00.
QEYD: Hər iki tapşırığı icra edə bilən müraciətçilərə üstünlük veriləcək.