Hüquq şöbəsinin mütəxəssisi

  • Embafinans
  • Elanın qoyulma tarixi: 02.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

 Cəmiyyətdaxili qaydaların hazırlanması üçün struktur bölmələrinə ehtiyac duyulan metodiki tövsiyələr verir, hazırlanmış sənədlərin hüquqi ekspertizasını keçirir və qüvvədə olan qanunvericiliyə uyğun olmasını tabe olduğu vəzifəli şəxsin tapşırığı çərçivəsində təmin edir.
 Cəmiyyətin struktur bölmələri rəhbərlərindən əqdlərin məzmunu ilə əlaqədar daxil olmuş təkliflərə münasibət bildirir.
 Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qəbul olunmuş məhkəmə qərarları barədə tabe olduğu vəzifəli şəxsi məlumatlandırır.
 Cəmiyyətlə əlaqəsi olan işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icraya yönəldir və onların Cəmiyyət tərəfindən icrası üzərində tabe olduğu vəzifəli şəxsin tapşırığı çərçivəsində nəzarəti həyata keçirir. 
 İdarə heyəti sədrinin və üzvlərinin, Hüquq xidmətinin rəhbərinin hüquqi dəstək üzrə digər tapşırıqlarını həyata keçirir.
 Problemli kreditlərin ləğv həll olunmasında Problemli Kreditlərlərin idarəedilməsi şöbəsinə hüquqi yardım edir.
 Cəmiyyətin strukturlarının hazırladığı müqavilə və əqdlərlə bağlı operativ münasibəthüquqi rəyini tabe olduğu vəzifəli şəxsə bildirir.
 İradlarını hüquqi cəhətdən əsaslandırır və onları tabe olduğu vəzifəli şəxsə bildirir.
 Məhkəməyə verilməli olan işlərin hazırlanmasını, məhkəməyə göndərilməsini, iddia ərizələrinin yazılmasını təmin edir.
 Öz vəzifələrindən irəli gələn digər fəaliyyətləri həyata keçirir.

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

 ali  hüquq təhsili;
 hüquq sahəsində ən azı 3 il təcrübə;
 dəqiqlik və ehtiyatlılıq;
 komanda ilə işləmək bacarıqları;
 MS Office proqramlarında mükəmmək istifadə bacarığı.

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected] ünvanına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.

Əks halda ərizəniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq.

İş qrafiki: 5 gün / saat 09.00-18.00