Büdcə və İdarəetmə Hesabatları üzrə Nəzarətçi

  • Norm OJSC
  • Elanın qoyulma tarixi: 30.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Büdcə və İdarəetmə Hesabatları üzrə Nəzarətçi   

Norm MMC Bakı şəhərinin Qaradağ rayonu ərazisində gündə ortalama olaraq 5 min ton klinker istehsal etmə gücünə malik "Norm Sement" zavodunun tikintisini başa çatdırıb.

İXTİSAS GÖSTƏRİCİLƏRİ

Təhsil və İş təcrübəsi

• İqtisadiyyat və Biznesin təşkili üzrə bakalavr dərəcəsi. MBA olmasına üstünlük verilir.
• ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlara malik olmaq
• BMHS-ə uyğun olaraq mühasibat uçotu aparan şirkətin maliyyə şöbəsində 4 + il təcrübəyə malik olmaq, 2 il müddətinə Büdcə Nəzarətçisi / Hesabat Analitiki vəzifəsində işləmək
• Bir istehsal şirkətində təcrübəyə malik olmaq böyük  üstünlükdür

Digər bacarıqlar / biliklər

• Güclü maliyyə, biznes və analitik bacarıqlar
• MHBS üzrə güclü biliklər və əvvəlcədən MHBS hesabatı haqqında güclü biliklərə sahib olmaq
• Azərbaycan və ingilis dillərini sərbəst bilmək
• MS Excel üzrə güclü biliyə sahib olmaqla yanaşı, Microsoft Office bacarıqlarının üstün səviyyədə olması
• Müəssisənin mühasibat proqram ilə bağlı güclü təcrübəyə malik olmaq. SAP üzrə təcrübənin olması böyük  üstünlük hesab olunacaq.
• Əvvəlcədən Big-4 audit şirkətlərində maliyyə yoxlamaları üzrə təcrübə keçmək üstünlük hesab olunur 
• Fəaliyyət göstərən aspektlərinin əsaslı şəkildə anlaşılmasını dərhal həyata keçirmək və "ümumi vəziyyətin" çox yaxşı şəkildə anlaşılmasına nail olmaq
• Detallara əhəmiyyət vermək və problemləri təhlil edərək aradan qaldırmaq.
• Güclü ünsiyyət bacarıqlarına sahib olmaq, bir çox tapşırıqları yerinə yerimək qabiliyyətinə malik olmaq, işi müəyyən edilmiş müddət  ərzində başa çatdırmaq və stress altında işləməyi bacarmaq
• Mükəmməl bir komanda işçisi olmaq 

ƏSAS VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş Büdcə ilə bərabər olmasını yoxlamaq
• illik büdcə prosesinə, o cümlədən büdcənin fəaliyyət və kapital xərclərinin və pul vəsaitlərinin proqnozlaşdırılması da daxil olmaqla, dövriyyə kapitalının idarə olunması üzrə tələblərinin bütün aspektlərinin hazırlanmasına nəzarət etmək
• Audit hesabatları da daxil olmaqla, Maliyyə şöbəsi tərəfindən verilmiş bütün aylıq maliyyə hesabatları, xərclər üzrə hesabat, büdcə və proqnozlaşdırma hesabatlarının düzgünlüyünə nəzarət etmək. Müntəzəm olaraq aylıq sınaq balansını gözdən keçirmək
• Maliyyə sistemlərinin səmərəli şəkildə fəaliyyət göstərməsi üçün sistemin idarə olunmasına nəzarət etmək və mövcud maliyyə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən prosedurların inkişafına dəstək vermək. Mühasibat uçotu və inzibati nəzarətə baxış keçirilməsində iştirak etməklə daxili və xarici auditləri dəstəkləmək.
• Maliyyə funksiyasının daxili siyasəti və prosedurların qiymətləndirilməsi və qayda və prosedurların ən yaxşı təcrübəyə uyğunlaşdırılıması üçün dəyişikliklər etməklə bağlı tövsiyələr vermək
• Maliyyə hesabatı sistemi, mühasibat uçotu və investisiya fəaliyyəti və SAP biznes proseslərinin qiymətləndirilməsi və sistemin imkanları və nəzarət mexanizmlərinin yaxşılaşdırılması məqsədilə prosedurlar, əməliyyat sistemləri, büdcə və digər maliyyə nəzarət funksiyalarının dəyişdirilməsi üçün tövsiyələr vermək
• Xarici audit materialları ilə xarici maliyyə hesabatlarının hazırlanmasını, xarici auditorların fəaliyyətini əlaqələndirmək və onların əldə etdiyi nəticələri və verdiyi tövsiyələri təhlil etmək
• Məhsulun vahid dəyərinin təhlilinə nəzarət etmək və xərclərin azaldılması ilə bağlı olan sahələri müəyyənləşdirmək və məsləhət vermək
• Şirkətinin maliyyə direktoru tərəfindən müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək
 
Müraciət üçün son tarix:03/04/2015

Müraciət etmək üçün:

Mövzu hissəsində müraciət etdiyiniz vəzifəni qeyd edərək [email protected] elektron ünvanına öz CV-nizi / tərcümeyi-halınızı göndərin.

İşəgötürənin reytinqi