Keyfiyyət üzrə nəzarətçi

  • Xirman MMC
  • Elanın qoyulma tarixi: 29.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“XIRMAN” Firması Keyfiyyət üzrə nəzarətçi vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifələr:

• Keyfiyyətə nəzarət sahəsinə aid sənədlərin proyektlərinin hazırlanmasında birbaşa iştirak etmək (İSO 22000 standart tələblərinə uyğun proseslər, prosedurlar, iş təlimatları, hazırlanan resepturaları və digər sənədlər);
• Yerlərdə işçilər tərəfindən  İSO 22000 standartın tələblərinə riayət olunmasına nəzarət etmək;
•  Dövlət tərəfindən tələb olunan və müəssisədə təsdiq olunmuş normalara, aktlara, metodikalara və iş təlimatlarına uyğun olaraq hazır məhsulun təhlükəsiz və keyfiyyətli müştəriyə çatdırılmasını təmin etmək ;
•  Məhsulun hazırlanmasında istifadə olunacaq xam malların (yarımfabrikatların) keyfiyyətini normativlərə  və müəssisənin spesifikasiyalarına uyğunluğuna nəzarətini aparılmaq;
•  Müəssisənin HACCP  qrupunun tərkibində fəaliyyət göstərərək bütün struktur bölmələrindən, mütəxəssis və digər işçilərdən vəzifə borclarının yerinə yetirilməsi üçün  lazım olacaq informasiya və sənədləri (qeydləri ) İSO 22000 standartına uyğun tələb etmək;
•  Bütün proses və prosedurlarına islahedici və xəbərdaredici tədbirlərin müəyyənləsdirməsində iştirak etmək , tələblərə uyğun olmayan məhsullarının dövriyyədən çıxarılması üçün tətbirlər görmək və bununla bağlı lazımı qeydlərini aparmaq;
• Müəssisədə  istifadə olunan iş formaları və nəzarətdə olan sənədlərin vaxtı vaxtında aktualizasiyası üçün daimi  proseslərinin monitorinqini aparılmaq;
• Rəhbərliyə qida məhsullarının təhlükəsizliyin menecmenti sisteminin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabatı təqdim etmək

Əsas tələblər:

• Ali təhsil (gida texnologiyasına aid mühəndislik, tibbi sanitariya və ya biologiya, kimya sahəsində təhsilə üstünlük verilir);
• İSO standartları tətbiq olunan qida istehsalı sektorunda ən azı 1 il iş təcrübəsi;
• Microsoft Office (Word və Excel) proqramlarından sərbəst istifadə edilməsi;
• Azərbaycan dilində sərbəst danışmalı və sənədləşdirmə aparılmalıdır. Rus dilini bilmək arzuolunandır;
• Aktiv, səliqəli və komandada işləmək bacarığı.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, CV-nizi [email protected][email protected] elektron ünvanlarına mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!