Trade Marketinq üzrə menecer

  • SƏBA
  • Elanın qoyulma tarixi: 28.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə adı: Trade Marketinq üzrə menecer

İş barədə məlumat:

- Yeni istehsal olunan malların bazara çıxarılması və istehlakçılara çatdırılması, bazar payı əldə edə bilməsi üçün tədbirlərinin görülməsi;
- Trade Marketinq kampaniyaları ilə bağlı danışıqların aparılması;
- Satış analizlərinin həyata keçirilməsi;
- Ticarət nöqtələrindəki fəaliyyət ilə bağlı təkliflərin hazırlanması;
- İllik promo planının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər:

- Ali təhsil (marketinq, trade marketinqlə əlaqədar sertifikat və ya diplomu olanlara üstünlük verilir);
- Ünsiyyət qurabilmə, analiz və təhlillər apara bilmək bacarığı olmalı;
- Trade Marketing üzrə əna azı 5 illik iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini bilmək;

Xahiş edirik, məktuba əlavə olunmuş fayldaki sualları ( Saba.doc ) elektron variantında cavablandırın, çap variantını adi A4 formatında olan zərfin içinə qoyun, üstündə “Səba” ASC – cənab Natiq Quliyevə çatacaq” sözlərini yazın. Sonra zərfi yalnız “Azəri Express” kuryer şirkətinə təqdim edin (bunun üçün Sizə ödəniş etmək lazım deyil). Nəzərə alın ki, başqa kuryer şirkəti ilə, elektron məktubla və ya faksla göndərilən məktublara baxılmayacaq!