Hüquq şöbəsinin müdiri

  • SƏBA
  • Elanın qoyulma tarixi: 16.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hüquq şöbəsinin müdiri

İş barədə məlumat

- Müəssisədə hüquq şöbəsinin fəaliyyətinin təşkili;
- Müəssisədə çalışan digər hüquqşünasların fəaliyyətinə nəzarət olunması;
- Müəssisə rəhbərliyi qarşısında hüquq şöbəsinin fəaliyyəti barədə hesabatların verilməsi;
- Müəssisənin dövlət orqanları, yerli və xarici hüquqi və fiziki şəxslər qarşısında hüquqi məsələlərlə əlaqədar təmsil olunması;
- Müəssisədə hazırlanan hüquqi xarakterli sənədlərə, müqavilələrə, əmrlərə və digər sənədlərə rəy verilməsi, qanunvericiliyə uyğunluğunun yoxlanılması və tələb olunduqda  bu sənədlərin hazırlanması;
- Müəssisəyə daxil olan yerli və xarici müqavilələrə, hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə, müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müəssisənin məhkəmədə təmsil edilməsi, məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
- Müəssisənin fəaliyyəti ilə əlaqədar dövlət orqanlarında təmsilçiliyin yerinə yetirilməsi.

Namizədə tələblər

- Ali hüquqi təhsil
- 5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgilər;
- Kompüter proqramlarında işləmə bacarığı;
- Azərbaycan, rus, ingilis dillərində yüksək səviyyədə ünsiyyət və yazışma bacarığı;

Əlaqə nömrəsi (012) 448 16 01 (120)

Xahiş edirik, məktuba əlavə olunmuş fayldaki sualları ( 1_Saba.doc ) elektron variantında cavablandırın, çap variantını adi A4 formatında olan zərfin içinə qoyun, üstündə “Səba” ASC – cənab Natiq Quliyevə çatacaq” sözlərini yazın. Sonra zərfi yalnız “Azəri Express” kuryer şirkətinə təqdim edin (bunun üçün Sizə ödəniş etmək lazım deyil). Nəzərə alın ki, başqa kuryer şirkəti ilə, elektron məktubla və ya faksla göndərilən məktublara baxılmayacaq!