İctimaiyyətlə əlaqələr üzrə menecer

İşin təsviri

İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı

İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsi, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək məqsədilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təsis edilib və fəaliyyət göstərir.

Vəzifənin adı: İctimaiyyətlə əlaqələr üzrə menecer

Əsas funksiyalar:

– Büronun ictimaiyyətlə əlaqələr və reklam strategiyasının hazırlanması və həyata keçirilməsi;
– İctimaiyyətlə əlaqə kanallarının düzgün seçilməsi;
– İctimaiyyətlə əlaqələr və reklam işlərinin aparılmasına birbaşa nəzarət;
– Büronun rəsmi internet səhifəsi üçün məlumatların hazırlanması, internet səhifəsindəki məlumatların yenilənməsi;
– KİV üçün xəbər və məlumatların, rəsmi çıxışların hazırlanması;
– Büronun fəaliyyəti ilə bağlı müstəqil şəkildə təqdimat, press-relizlər, hesabatlar hazırlanması;
– Rəhbərliyin mətbuatda dərc olunan və Büronun fəaliyyətinə aid olan məlumatlarla təmin edilməsi (media monitorinq);
– Press konfrans və digər bu kimi ictimai tədbirlərin keçirilməsinin təşkili;
–  Reklam xarakterli mətnlərin hazırlanması
– İctimaiyyətlə əlaqələr və reklam büdcəsinin idarə edilməsində iştirak və s.

Namizədə dair tələblər:

– Ali təhsil
– Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə (yazılı və şifahi) bilmə;
– İctimaiyyətlə  əlaqələr sahəsində 2 -3  il iş təcrübəsi;
– Professional etik davranışları əsas tutmaq;
– MS Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı;
– Hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması bacarığı;
– Əla ünsiyyət qurma və komandada işləmək bacarığı;
–  Stress altında işləmək qabiliyyəti
– Kreativ düşünmə qabiliyyəti, yeni ideyalara malik olması və s.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV - lərini 25.03.2015 - ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.