Kommersiya obyektlərinin inkişafı üzrə mütəxəssis

İşin təsviri

“AS Qrup İnvestment” MMC-yə Marketinq və Strateji İnkişaf departamentinə Kommersiya obyektlərinin inkişafı üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

İşin təsviri:
 
∙ “AS Qrup İnvestment” layihələrində kommersiya obyektlərinin inkişaf strategiyasının hazırlanması;
∙ Yeni kommersiya təyinatlı obyektlərin yaradılması ilə bağlı təkliflərin hazırlanması;
∙ İnvestorlar üçün paketlərin hazırlanması və investorların cəlbi;
∙ Mövcud obyektlər üzrə təqdimatların hazırlanması;
∙ Marketinqlə və PR şöbəsi ilə bir yerdə bazar araşdırmalarının aparılması və nəticələrin analizi;
∙ Qiymət təklifinin hazırlanması;
∙ İcarə/satış müştəriləri ilə görüşlərin keçirilməsinin təşkili;
∙ İlkin biznes planlarının tərtibi; 

∙ Əmək haqqı 600-800 azn;  
 
Namizədə qarşı tələblər:
 
∙ Azərbaycan, rus və ingilis dillərini sərbəst bilməli;
∙ Ofis proqramlarında işləməyi bilməli;
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində  [email protected]  elektron ünvanına göndərə bilərlər.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Xalqlar dostluğu xiyabanı 11, məhəllə 2135/2136; Telefon (012) 511 13 08, mobil: 050 313 53 66
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kommersiya obyektlərinin inkişafı üzrə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.