Kredit Meneceri/ Biznes/ Bakı və region filialları

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 09.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Kredit Meneceri/ Biznes/ Bakı və region filialları

Əsas vəzifələr :

 Filialın kredit portfelinin keyfiyyətinin təhlili
 Filialın maliyyə analizinin aparılması
 Kredit mütəxəssislərinin tərəfindən  aparılan biznes təhlillərinin yoxlanılması
 Kredit portfelinin idarə olunması və nəzarət
 Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
 Müştərilərin ödəniş qabiliyyətinin təhlili
 Borc ödənişlərinin vaxtında icrasına nəzarət
 Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün  aparılması işinin  təşkili və  nəzarət
 Problemli kreditlərlə işin təşkili və koordinasiyası
 Filialın xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması və  müştərilərin cəlb olunması, onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin  verilməsi

Əsas tələblər:

 İqtisadiyyat, riyaziyyat və ya idarəetmə sahəsi üzrə ali ixtisas təhsili
 Maliyyə-kredit sahəsində an azı 2 (iki) il iş təcrübəsi
 İdarəetmə təcrübəsi
 Hüquq və idarəetmə məsələlərinə, maliyyə xidmətlərinə dair məlumatlı olmaq
 Filialın yerləşdiyi ərazidə kiçik və orta biznesin konyukturası ilə yaxından tanış olmaq
 İqtisadi və biznes təhlilləri aparmaq, riskləri qabaqcadan görmək, onları idarə etməyi bacarmaq
 Azərbaycan dilini sərbəst ünsiyyət qurma bacarığı.(Rus dili bilikləri arzuolunandır)
 Ünsiyyət qurma, liderlik, inandırma bacarıqları
 Kredit portfelinin idarə edilməsinə dair hesabatların tərtib edilməsi, və təhlil nəticələrinı uyğun  operativ və düzgün qərar vermə bacarığı
 Microsoft Office proqramlarında işləmə bacarığı

İş  şərtləri:

 İş təcrübəsinə uyğun yüksək əmək haqqı
 Fərdi və cəmi  kredit portfelinə görə bonus sistemi
 Təlim və inkişaf imkanları

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını dolduraraq müraciət etmələri xahiş olunur.

İşəgötürənin reytinqi