İpoteka Kreditləri şöbəsinə mütəxəssis və təcrübəçi mütəxəssis

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 08.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

DəmirBank ASC Pərakəndə Bankçılıq Departementinin İpoteka Kreditləri şöbəsinə mütəxəssis və təcrübəçi mütəxəssis vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

• Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək;
• Müştəriyə bankın kredit məhsullarına dair məsləhət vermək;
• Kredit ərizələrini qəbul etmək, müştərilərin təhlilini aparmaq;
• Müştərilərin ödəmə qabiliyyətinin təhlil etmək;
• Daxil olmuş bütün müraciətlərin qeydiyyatını aparmaq;
• Kredit üzrə müvafiq sənədləşməni həyata keçirmək;
• Kredit portfelinə nəzarət etmək və gündəlik ödəmələri təqib etmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
• Bütün fəaliyyətini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsilli olmaq (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
• İstehlak kreditləri sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq (mütəxəssis vəzifəsi üçün);
• Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq (Rus dilləri arzu olunandır);
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Satış qabiliyyətinə malik olmaq;
• Yüksək ünsiyyət,komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Mütəxəssislər üçün bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) işləyən namizədlərə üstünlük verilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz müraciət formalarını 18 fevral 2015 tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində ‘’İpoteka kreditləri şöbəsinə mütəxəssis və ya təcrübəçi’’ göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.