Hüquq İşləri Üzrə Köməkçi

  • FINCA Azerbaijan
  • Elanın qoyulma tarixi: 08.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş Elanı №093/15  

FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatını HÜQUQ İŞLƏRİ ÜZRƏ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 155,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır. 

Məqsəd: 
 
Hüquq İşləri üzrə Köməkçi “FİNCA Azerbaijan”-ın Hüquq Departamentinin gündəlik fəaliyyətinin təmin olunmasına dəstək verir.
 
Əsas vəzifə və öhdəlikləri:
 
• Təşkilatın fəlsəfəsini və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində Hüquq Departamentinin Rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin təşkilatın qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini təşkilatın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
• Borcunu ödəməyən müştərilərə qarşı müvafiq xəbərdarlıq məktublarını göndərmək, iddia ərizələrini hazırlayaraq məhkəməyə göndərmək;
• Hüquq Departamentinin fəaliyyəti zamanı inzibati-ümumi işləri, sənəd dövriyyəsini təşkil etmək, kargüzarlığın müvafiq qaydada həyata keçirilməsinə nəzarət etmək;
• Hüquq Departamentinin Rəhbəri tərəfindən tapşırılmış digər aidiyyatı vəzifələri yerinə yetirmək.
 
Yalnız aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:
 
• Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
• Mülki, maliyyə-kredit və bank qanunvericiliyini bilənlərə üstünlük veriləcəkdir;
• İngilis dilində səlis danışmaq, və əla səviyyədə yazmaq (Rus dilini bilmək arzuolunandır);
• MS Office proqramlarını mükəmməl bilmək;
• Təşkilat və onun missiyasına yüksək sadiqlik;
• Əla şəxsi keyfiyyətlər;
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
 
Ərizələrin son qəbul tarixi 15 fevral  2015-ci ildir.

Müraciət edənlər [email protected] elektron ünvanına mövzu yerində vəzifənin adını və ya elanın nömrəsini №093/15 göstərməklə öz ərizə formalarını göndərə bilərlər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 858687;

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

İşəgötürənin reytinqi