Marketinq Satış meneceri

İşin təsviri

Marketinq Satış  meneceri

Əsas funksiyaları :

• Şirkətin satış siyasətinin təşkil olunması;
•  satış təmsilçilərinin fəaliyyətini təşkil və idarə etmək;
• Şirkət maraqlarının təmin olunması məqsədilə;
• satış istiqamətində operativ qərarların qəbulu;
• istehsal olunan məhsulların rəqabətə davamlılığının təyini;
• yeni istehlak bazarlarının araşdırılması;
• mövcud bazar durumunun analizi və digər bu kimi istiqamətlərdə bazar araşdırmaları həyata keçirir;

Bilməlidir:

• İstehsal olunan məhsulun öz xüsusiyyətlərini və ona olan istehlakçı xüsusiyyətlərini, məhsulun yerli və xarici analoqlarından fərqlərini, onun üstünlüklərini və çatışmazlıqlarını;
• PR və Reklam işinin təşkilini;
• Müştərilərin istehsal edilən məhsula olan münasibətlərinin motivasiya edilməsi metodlarını;
• Dilerlərlə, kütləvi informasiya vasitələri ilə iş vasitələri və metodlarını;
• Müştərilərin iradlarına və şikayətlərinə  baxılması  və onlara cavabların hazırlanması qaydalarını;
• Müəssisənin məhsuluna olan standartları və texniki şərtləri;
• Marketinqin təşkili və bazarın maliyyə -iqtisadi vəziyyəti və həcminin qiymətləndirilməsi üzrə qanunvericilik və normativ hüquqi aktları, metodiki materialları;
• Bazar konyunkturasının öyrənilməsi və istehsal olunan məhsula olan tələb proqnozlarının hazırlanılması  metodlarını;
• Marketinq və menecmentin əsaslarını;
• İşgüzar ünsiyyət etikasını;
• estetikanın, etikanın, ümumi və xüsusi psixologiyanın, sosiologiyanın əsaslarını;

Tələblər :

• Ali təhsil;
• Azərbaycan,rus və ingilis dillərini bilən;
• Ən azı 3 il iş təcrübəsi;
• Komandada işləməyi bacaran;
• Təmkinlilik,etibarlılıq,özünə inam;
• Aktiv, təşkilatçı, operativ çalışan, bacarıqlı;
• Yaş həddi 25-35-dək
• Ofis proqramlarında işləmə bacarığı olmalı;
• Psixoloji, əqli, zəkası və yaraşıqlı görünüşü olmalı.

Əmək haqqı yüksəkdir. Müsahibədən sonra namizədin bilik və bacarığına uyğun olaraq müəyyən  ediləcəkdir.

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə " Marketinq satış meneceri " sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.

Business Service Centre LTD
Azerbaijan,Baku - F.Amirov, 10
E-mail:[email protected]
Web: www.bsc-group.az