Daxili Audit

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 27.01.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Daxili Audit

Vəzifəyə olan tələblər

-          Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq);
-          Bank işində minimum 3 illik təcrübə;
-          Microsoft Office proqramlarında işləmə bacarığı;
-          Azərbaycan dili – mükəmməl;
-          Rus dili yaxşı səviyyədə;
-          Ingilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir;
-          Hərbi xidməti bitirənlərə və hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir.

Əsas vəzifələr

-         Mühasibat Ucotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi
-         Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər
-         Bank və risklərin idarəolunmasına dair biliklərə malik olmaq;
-         Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olmaq;
-         Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq;
-         Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti;
-         Məsuliyyətlilik;
-         Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
-         Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
-         Hesabatın hazırlanması və yazılması bacarığı.

Vəzifə öhdəlikləri
-         Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda);
-          Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabat verilməsi;
-          Bankın maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
-          Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
-          Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi
-          Aktivlərin qorunması sistemlərininin yoxlanılması və qiymətləndirilməsi
-          Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi
-          Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi
-          Bankin icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi
-          Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi
-          Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi
-          İdarə heyətinin bankın strategiyasına əməl etməsinin qiymətləndirilməsi
-          Bankda korporativ idarəetmə prosesini qiymətləndirmək və təkminləşdirilməsinə dair tövsiyələr vermək
-          Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi

CV-ləri Audit  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.