Danışıq/münaqişələrin idarə edil./ Vasitəçilik möv. üzrə təlim kurikulumu və köməkçi material. hazırlan.

İşin təsviri

Bütün tender iştirakçılarına

Layihənin nömrəsi: 2005.3506.2.-020.00
 
Layihənin adı: Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək

Ölkə: Azərbaycan

Tenderin mövzusu: Danışıqlar və münaqişələrin idarə edilməsi/ Vasitəçilik mövzusunda təlim kurikulumu və köməkçi materialların hazırlanması

Hörmətli xanımlar və cənablar,

GIZ-in Bakıdakı ofisi “Danışıqlar və münaqişələrin idarə edilməsi/Vasitəçilik” mövzusunda təlim kurikulumu və köməkçi materialların hazırlanmasına dair qısamüddətli ekspert / məsləhət xidmətinin göstərilməsi üçün tender elan edir.
Əlavə 1-də göstərilən vəzifə təlimatları ilə maraqlandığınız halda 15 fevral 2015-ci il tarixi saat 12:00-dək təkliflərinizi təqdim etməyinizi xahiş edirik.
Təkliflərinizi təqdim edən zaman iki zərf prosedurundan istifadə edin, yəni təkliflər iki ayrı-ayrı möhürlənmiş və qapalı zərflərdə poçt vasitəsi ilə GIZ ofisi, Nizami 22, 5-ci m ərt ə bə, AZ 1001 Bakı, Azərbaycan ünvanına göndərilməlidir.
Birinci zərfə texniki təklif, yəni CV, ekspert/şirkətlərin əvvəlki oşxar layihələrdə iştirakını təsdiq edən referensləri və elan olunmuş tender üzrə iş planı əlavə olunmalıdır.
İkinci zərfdə maliyyə təklifi təqdim olunmalıdır. Hər bir zərf “Maliyyə təklifi” və ya “Texniki təklif” kimi işarələndirilməlidir.
Təklifinizdə əks olunacaq təkliflər üzrə ətraflı məlumatı Əlavə 1 - Vəzifə Təlimatları sənədindən əldə edə bilərsiniz.

Texniki təklifdə maliyyə məsələlərini əks etdirən məlumat olmamalıdır.

Texniki məsələlər üzrə sualınız olduğu təqdirdə 10 fevral 2015-ci il tarixinədək   elektron   poçt   vasitəsilə   Aidə   Həsənovaya ([email protected]) müraciət edə bilərsiniz.
Nəzərə alın ki, bütün iştirakçıların tenderdə bərabər iştirakını təmin etmək məqsədilə tərəfinizdən verilən sualların cavabları digər tender iştirakçılarına da göndəriləcəkdir.
Qaydalarımıza zidd olan təkliflər tərəfimizdən qeydə alınmayacaqdır. 10 fevral 2015-ci il tarixindən sonra verilən suallar cavablandırılmayacaqdır.
Qiymətləndirmənin meyarları 70% texniki və 30% maliyyə kimidir.
Qiymətləndirmə zamanı namizədlərin renkinqinə (qiymətləndirməyə əsaslanan sıralama) görə siyahı tutulacaqdır.
Adətən siyahıda birinci yerdə olan namizədlə müqavilə danışıqları aparılır.
Bu danışıqlar müvəffəqiyyətli olmadığı halda siyahıda olan ikinci namizəd danışıqlara dəvət olunur.
Təkliflərin qiymətləndirilməsi 16.02.2015-ci il tarixində aparılacaqdır.
Qiymətləndirmə bitdikdən sonra işin icrasına ən qısa zaman ərzində başlanacaqdır.
İşin icrası müqavilə başlandığı tarixdən etibarən 3 ay ərzində yerinə yetirilməlidir.

Əlavələr

1. Vəzifə təlimatları ( TOR_curricula-dev_NegConflictM.doc )