Satış meneceri

İşin təsviri

Satış meneceri

Öhdəlikləri:

1. İşgüzar danışıqların aparılması və müqavilələrin bağlanması;
2. Partnyorlarla iş;
3. Partnyorları təqdim olunmuş xidmətin səmərəsinə inamını təmin etmək;
4. Partnyorları reklam xidməti xərclərinin hesablanması prosesi ilə təmin etmək;
5. Partnyorlara reklam vəsaitlərinin çatdırılması prosesini həyata keçirtmək;
6. Müqavilələrin hazırlanması və ödənişlərin həyata keçirilməsi;
7. Xidmət və satış strategiyaları üçün yeni reklam bazarlarının və məhsullarının müəyyən olunması;
8. Partnyorlar haqda məlumatların əldə olunması;
9. Partnyorla uzunmüddətli əməkdaşlığın yaradılması və inkişafı prosesini təmin etmək;
10. Biznes inkişaf planı və satış strategiyasının yaradılması;
11. Layihənin inkişafının daimi dəstəklənməsi;
12. İşgüzar tədbirlərdə şirkətin təqdim olunması;
13. İşgüzar görüşlərin təşkil olunması,
14. Prezentasiyaların təqdim edilməsi;
15. Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların verilməsi;

Namizədə qoyulan tələblər

• Ali təhsil;
• Bu sahədə 3 il təcrübə;
• 25-30 yaşlarında qadınlar və kişilər;
• Şəhərdaxili ezamiyyət imkanı;
• Güclü daxili bacarıq;
• Kollektivlə işləyə bilmək və özünü təkmilləşdirmək bacarığı;

Tələb olunan bacarıqlar

• Təsir etmək bacarığı;
• Azərbaycan, rus, ingilis dillərində danışıq;
• İşgüzar ünsiyyət qurmaq bacarığı; 
• İnsanlar arası münasibətləri qura bilmək;
• Komputer biliyi (Ofis proqramları);
• Müstəqil qərar qəbul etmək bacarığı və qətiyyətlilik;
• Vaxtın idarə edilməsi bacarığı;

Əmək şəratinin şərtlər

• 800 AZN-dən başlayan əmək haqqı + bonus
• Telefon danışıqları xərclərinin ödənilməsi
• 5 günlük iş həftəsi

Göndərilən məktubun Mövzu yerində “Satış meneceri” sözünü qeyd edin.

E-mail: [email protected]