Aparıcı mühasib

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • İstehsalatla bağlı bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunu aparmaq.
  • İstehsal xərclərinin uçotunu təşkil etmək.
  • Əmək haqqı hesablanması
  • Maya dəyərinin hesabatını tərtib etmək (kalkulyasiya).
  • Mal-material ehtiyatlarının, yarımfabrikatların və hazır məhsulun uçotunu aparmaq.
  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.
  • İstehsalatda istifadə olunan əsas vəsaitlərin amortizasiya hesablamasını təşkil etmək.
  • Mədaxil və məxaric orderlərini, qaimələri, aktları yoxlamaq və təsdiq üçün hazırlamaq.
  • Kassa, bank əməliyyatları üzrə nəzarət aparmaq (səlahiyyət daxilində).
  • Rəhbərliyə istehsal xərcləri və maliyyə vəziyyəti ilə bağlı məlumatlar təqdim etmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (mühasibat, maliyyə, audit).
  • Minimum 3–5 il mühasibatlıq təcrübəsi (istehsalat sahəsində təcrübə üstünlükdür).
  • Mühasibat proqramlarının biliyi (1C, ERP, SAP və s.).
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi, MHBS və digər normativ sənədlər üzrə biliklər.
  • Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə 
  • 6 günlük iş rejimi
  • Həftə içi günlər saat 09:00-dan 17:00-dək
  • Şənbə günü 09:00-dan 14:00-dək
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq
  • Yaş həddi: 35-45 
  • Kompyuterdə sərbəst çalışmağı bacarmalı
  • Ezamiyyətlərə açıq olmalı
  • Ünvan: Qaradag ray. Səlyan şossesi 
  • Nəqliyyat xidməti mövcuddur

Namizədlər CV-lərini “Aparıcı mühasib” başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

İmprotex İndustries MMC tərəfindən digər vakansiyalar