Marketing üzrə menecer

İşin təsviri

Ünvan: Salyan şosesi 14,4 F

Tələblər:

  • Ali təhsil (marketinq və ya əlaqədar sahə üzrə)
  • Marketinq sahəsində minimum 1 il iş təcrübəsi
  • B2B marketinqdə ən azı 1 il təcrübə
  • Rəqəmsal marketinq alətləri və trendləri üzrə biliklər
  • Kreativ düşüncə və analitik bacarıq
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət (ingilis dili üstünlükdür)
  • Komandaya rəhbərlik və layihələrin idarə edilməsi bacarığı
  • Marketinq layihələrinin və büdcəsinin idarə olunması təcrübəsi

Vəzifə öhdəlikləri:

  • Şirkətin məhsul və xidmətlərinin tanıdılması
  • Ümumi marketinq strategiyasının hazırlanması və həyata keçirilməsi
  • Reklam və PR kampaniyalarının təşkili
  • Satışın stimullaşdırılması, bazar araşdırmalarının aparılması və yeni imkanların müəyyən edilməsi
  • Reklam materiallarının hazırlanması, dizayn və SMM komandası ilə koordinasiya
  • Aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

İş şərtləri:

  • İş rejimi: 5 günlük, 08:30 – 17:30
  • İşə qəbul Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun aparılır
  • Əməkhaqqı müsahibə əsasında təyin olunur

Müraciət qaydası:
Maraqlanan namizədlərdən CV-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu hissəsində “Marketing üzrə menecer” qeyd etməklə göndərmələri xahiş olunur