İşin təsviri
Əsas vəzifələr
- Sərgi salonuna gələn və ya onlayn müraciət edən müştəriləri qarşılamaq və onlara xidmət göstərmək
- Müştərinin ehtiyaclarını müəyyən edərək uyğun avtomobil modellərini təklif etmək
- Avtomobillərin xüsusiyyətləri, texniki göstəriciləri, qiymətləri və maliyyələşdirmə imkanları haqqında ətraflı məlumat vermək
- Qiymət və satış şərtlərini razılaşdırmaq
- Kredit, və digər sənədləşmə proseslərində müştərilərə dəstək göstərmək
- Avtomobillərin vaxtında təhvil verilməsini və yüksək müştəri məmnuniyyətini təmin etmək
- Müştəri bazasını idarə etmək və əlaqələri uzunmüddətli əməkdaşlığa çevirmək
- Aylıq və rüblük satış planlarını yerinə yetirmək və ya aşmaq
- Şirkətin marketinq və kampaniya tədbirlərində aktiv iştirak etmək
Tələblər
- Avtomobil satışı və ya müştəri xidməti sahəsində iş təcrübəsi arzuolunandır
- Yüksək ünsiyyət və təqdimat bacarığı
- Avtomobil texnologiyası və maliyyələşdirmə imkanları haqqında məlumatlı olmaq
- Satış hədəflərinə fokuslanan və özünü motivasiya edə bilən
- Peşəkar görünüş və pozitiv yanaşma
Təklif etdiyimiz
- Rəqabətli əsas əmək haqqı (1000-2500 azn)%
- Davamlı təlim və karyera inkişafı
- Dəstəkləyici komanda mühiti
- İrəliləmək üçün imkanlar
- Təklif etdiyimiz ÇİN Təlim Turu
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.