İşin təsviri
Əsas vəzifələr:
- ERP sistemləri üzrə (Priority + Oracle) təlim materiallarının hazırlanmasına və yenilənməsinə dəstək vermək.
- ERP funksionallıqları, yeniliklər və sənaye təcrübələri üzrə araşdırmalar aparmaq.
- Baş məsləhətçilərlə birlikdə ERP sistemlərində ilkin konfiqurasiya və test proseslərində iştirak etmək.
- Sistem testləri və validasiya proseslərindəki funksionallıqları sənədləşdirmək.
- Müştəri üçün təkliflərin və ERP nümayişlərinin hazırlanmasında kömək göstərmək.
- Inlab şirkətinin sosial media platformaları üçün ERP və biznes prosesləri mövzusunda maarifləndirici kontent hazırlamaq.
Tələblər:
- Biznes, İT, Menecment və ya əlaqəli sahə üzrə təhsil alan tələbə olmaq.
- ERP sistemlərinə və rəqəmsal transformasiyaya maraq göstərmək.
- Yaxşı ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarıqları.
- Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı.
- Ofisdə tam iş rejimində (full-time) işləmək imkanı.
Qazanacaqlarınız:
- Real yerli və beynəlxalq ERP layihələrində iştirak imkanı.
- Təcrübəli mütəxəssislərlə və sənaye ekspertləri ilə əməkdaşlıq.
- Peşəkar mühitdə texniki və yumşaq bacarıqların inkişafı.
- Biznes proseslərinin başdan-sona qədər öyrənilməsi və ERP tətbiqetmə mərhələləri ilə tanışlıq.
Qeyd: Təcrübə proqramını uğurla tamamlayan namizədlər Inlab şirkətində əməkdaş kimi işə qəbul ediləcəklər.
Təcrübə Detalları:
- Müddət: 3–6 ay
- Format: Tam iş rejimi
- Məkan: Inlab Ltd. ofisi, Bakı, Azərbaycan
- Təcrübə növü: Ödənişsiz
Müraciət: Uyğun namizədlər CV-lərini mövzu hissəsində “ERP / Biznes Prosesləri üzrə Təcrübəçi “ qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlavə məlumat və suallar üçün: 051 689 16 04