İşin təsviri
Vəzifə öhdəlikləri:
- Dövlət və kommersiya tenderlərinin, müsabiqə və elektron hərracların gündəlik monitorinqi və proseslərin təşkili;
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tender təkliflərinin hazırlanması, sənədlərin toplanması, təqdim olunması və son tarixlərə əməl edilməsi;
- Risklərin və imkanların qiymətləndirilməsi, preventiv həllərin işlənməsi;
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
- Hesabatların, təqdimatların və rəsmi sənədlərin hazırlanması, görüşlərdə və müzakirələrdə iştirak;
- Şirkət daxili hesabatlılıq və planlaşdırma sisteminə uyğun dövri hesabatların təqdim olunması;
Namizədə dair tələblər:
- Ali bakalavr təhsili (İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması və oxşar sahələr);
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- etender.gov.az Vahid İnternet Portalından istifadə edə bilməli;
- Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
- Azərbaycan dili yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı;
- Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Azərbaycan Respublikasının 8 dekabr 2023-cü il tarixli 1051-VIQ nömrəli qanunu ilə təsdiq edilmiş Rəqabət Məcəlləsini bilməsi üstünlükdür.
İş şəraiti:
- Vakansiya növü: Tam ştat
- 5 günlük iş həftəsi (09:00 – 18:00);
- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən müəyyən edilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.