Baş mühasib

İşin təsviri

Vəzifə öhdəliklərinin qısa məzmunu:

  • Mühasibat uçotunun düzgün və səmərəli təşkili, bu əsasda lazımi bütün sənədlərin tərtib edilməsi;
  • Hesabatların düzgün və vaxtında tərtib edilərək təhvil verilməsi;
  • İqtisadi işlərin qabaqcıl forma və metodlarının tətbiq edilməsi;
  • Maliyyə şöbəsində iş prosesinin düzgün və operativ şəkildə aparılmasına nəzarət etməli;
  • Şirkətin bütün maliyyə və mühasibatlıq əməliyyatlarının düzgün və qanunvericiliyə uyğun şəkildə aparılmasına nəzarət etmək;
  • Nəzərdə tutulan vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün digər struktur bölmələri ilə qarşılıqlı əlaqələr qurmalı;
  • Qanunvericiliyə əsaslanaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu tərtib etməli;
  • Mühasibatlıq sahəsinə aid olan sənədlərin saxlanılması üçün diqqət yetirməli və s.

 Əsas tələblər:

  • İqtisadiyyat sahəsi üzrə ali təhsilli olmalı;
  • Maxsimum 35 yaşı olmalı;
  • PMS-ə (peşəkar mühasib sertifikatı) sahib olmalı;
  • Müvafiq sahədə ən azı 5 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, ingilis və rus dilləri isə arzuolunandır;
  • Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik

İş şəraiti

  • İş haqqında məlumat: Audit təşkilatı
  • İş yeri: Bakı şəhəri; Xətai rayonu
  • İş qrafiki: həftədə 5 gün iş, 2 gün istirahət;
  • İş saatı: 09:00-18:00;
  • Nahar fasiləsi: 13:00-14:00;
  • Əmək haqqı: 2000 azn (net)