İşin təsviri
İş şəraiti:
- Vəzifə Maaşı 800 + AZN
- İş və İstirahət Vaxtı
- İş vaxtı : Növbəli
- İstirahət : Növbəli
- İş yeri: “Heydər Əliyev Adına Hava Limanı”
Vəzifəyə dair tələblər:
- Təhsil: Ali təhsil, bakalavr dərəcəsi (turizm, biznes, marketinq və müştəri xidməti sahələrində təhsil üstünlükdür).
- Təcrübə: Müştəri xidmətləri və satış sahəsində 1 ilədək iş təcrübəsi tələb olunur. Müştəri ilə işdə təcrübəli olmaq üstünlükdür.
- Dil Bilikləri: Azərbaycan, Rus dili İngilis dili
- İngilis dili yaxşı səviyyədə
- Yaş Həddi: 25-35 yaş
Bacarıqlar:
- Müxtəlif növ müştərilərlə nəzakətli və peşəkar şəkildə ünsiyyət qurma.
- Sürətli iş və müştəri məmnuniyyətini təmin etmək.
- İş şəraitinə uyğunlaşmaq və yeni təşəbbüslərlə irəli çıxmaq.
- Komanda üzvləri ilə qarşılıqlı dəstək, iş birliyi yaratmaq.
- Yüksək xidmət səviyyəsi və satış hədəflərini yerinə yetirməkdə maraqlı olmaq.
- Təzyiq altında sürətli və dəqiq işləmək bacarığı.
Əsas Vəzifə Öhdəlikləri:
- Müştərilərin müraciətlərinə cavab olaraq SIXT-in müxtəlif icarə xidmətləri haqqında dolğun məlumat təqdim etmək və suallara cavab vermək.
- Müştəri sifarişlərini qəbul edərək, ehtiyaclarına uyğun olaraq onları yönləndirmək və müqavilələri hazırlamaq.
- Müştərilərlə nəzakətli yazışma və telefon ünsiyyətini təmin etmək.
- Daxili proqramlarda rezervasiya, ödəniş və digər əməliyyatları icra etmək və gündəlik hesabatları hazırlamaq.
- Müştərilərə xidmətlər, istiqamətlər, yerli xəritələr və digər köməkçi məlumatlar təqdim etmək.
- İcarədən qayıdan nəqliyyat vasitələrinin ödənişlərini qəbul etmək, müştəri problemlərini effektiv həll etmək.
- İcarə müqavilələrini hazırlamaq, müvafiq şöbələrlə sənəd və məlumat mübadiləsini aparmaq.
- Şirkətin nüfuzunu və müştəri məmnuniyyətini qorumağa dair məsuliyyət daşımaq.
- Şirkətin aylıq və illik satış hədəflərinə nail olmaq
Müraciətlərinizi “Müştəri Xidmətləri və Rezervasiya Koordinatoru başlığı ilə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.