İşin təsviri
Vəzifə və öhdəliklər:
Sahə üzrə qanunvericilikdəki dəyişikliklərin izlənilməsi
- Vergi, əmək və kreditləşmə sahələrində qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi.
- Qanunvericilikdəki dəyişikliklərə uyğun olaraq daxili sənədlərin yenilənməsi (siyasətlər, metodikalar, təlimatlar və s.).
Daxili sənədlərin idarə olunması
- Şirkətin daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi və qanunvericiliyə uyğunlaşdırılması.
Nəzarət və qeydiyyat orqanlarının məlumatlandırılması
- Müvafiq nəzarət və qeydiyyat orqanlarına vaxtında məlumatların təqdim edilməsi.
Daxili audit və uyğunluq
- Daxili auditin aparılması və şirkət sənədlərinin mövcud qanunvericiliyə uyğunlaşdırılması.
- Müraciətlərə və sorğulara vaxtında cavabların hazırlanması.
- Nəzarət orqanlarının planlı və planlaşdırılmamış yoxlamalarına hazırlıq və iştirak.
Daxili proseslərin auditinin aparılması
- Şirkət daxilində proseslərin tənzimləyici orqanların tələblərinə uyğunluğunun yoxlanılması.
- Struktur bölmələr üçün uyğunluq tövsiyələrinin hazırlanması.
Müqavilələrin hüquqi ekspertizası
- Podratçılar, təchizatçılar və müştərilərlə bağlanacaq müqavilələrin hazırlanması və yoxlanması.
- Müqavilə şərtlərinin yoxlanılması, mümkün hüquqi və maliyyə risklərinin təhlili.
Hüquqi risklərin təhlili və qiymətləndirilməsi
- Müqavilələr üzrə hüquqi risklərin analizi.
- Qarşı tərəfin reputasiyası, maliyyə vəziyyəti və məhkəmə təcrübəsinin yoxlanılması.
- Zərər ehtimalına dair risklərin qiymətləndirilməsi və razılaşmazlıq protokolları üzrə təkliflərin hazırlanması.
Sənəd şablonlarının hazırlanması
- Müxtəlif hüquqi sənədlərin standart formalarının (şablonlarının) hazırlanması.
Korporativ prosedurlarda iştirak
- Səhmdarların yığıncaqları üçün qərarların rəsmiləşdirilməsi və materialların hazırlanması.
- Korporativ sənədlərin reyestrinin aparılması.
Korporativ sənədlərin yaradılması
- Toplantıların protokollarının hazırlanması, metodikaların, qaydaların və siyasətlərin yaradılması.
İddia və məhkəmə işləri
- Mübahisəli məsələlər üzrə iddia işlərinin aparılması.
- Məhkəmə çəkişmələrində və mübahisələrin tənzimlənməsində iştirak.
Tələblər:
- Fiziki və hüquqi şəxslərin kreditləşdirilməsi prosesləri üzrə anlayışa malik olmaq
- Mikromaliyyə təşkilatlarında və bank sektorunda iş təcrübəsi
- Kreditləşmə, gecikmiş borcların tutulması və müraciətlərlə iş üzrə qanunvericiliyin əsaslarını bilmək
- Pul vəsaitlərinin yuyulmasına qarşı mübarizə tələblərini bilmək
- Rus dili mütləqdir
Biz təklif edirik:
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
- Rəqabətqabiliyyətli əməkhaqqı
- Peşəkar mütəxəssislərdən ibarət komandada iş imkanı
İş şəraiti:
- İş qrafiki: (Bazar ertəsi - Cümə / 08:30-17:30, tam ştat)
- Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə
- Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini (əmək haqqı gözləntisini qeyd etməklə) Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Korporativ Hüquqşünas) qeyd etməklə göndərmələri xahiş olunur.