Regionlar üzrə kredit supervayzer

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 29.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Regionlar üzrə kredit supervayzer
 
Əsas vəzifələr:

•         Tabeçiliyində olan kredit mütəxəssislərinin etdikləri biznes təhlillərinin yoxlanılması
•         Kredit işçilərinin müstəqil təhlil etmək bacarığına malik olana qədər və həmçinin ehtiyac duyulduğu bütün hallarda müştərilərlə görüşlərin təşkil edilməsi
•         Yeni işə götürülmüş kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin  öyrədilməsi (əsasən regional filiallarının işçiləri)
•         Satış prosesinin təkmilləşdirilməsi ücün təkliflərin verilməsi

Əsas tələblər:

•        Ali təhsil
•        Ən azı 2 il bank və ya qeyri-bank təşkilatında kreditlərin verilməsi üzrə təcrübə
•        Kreditlərin təhlili və təcrübəsiz işçilərin öyrədilməsi sahəsində iş təcrübəsi
•        Riyazi bilik
•        Analitik düşüncə tərzi
•        Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlılıq
 
Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasınıdolduraraq müraciət etmələri xahiş olunur

İşəgötürənin reytinqi